Mədəniyyət

Bakıda Müslüm Maqomayevin xatirəsinə ulduz həkk edildi – FOTO/VİDEO

Azərbaycanın paytaxtında görkəmli Azərbaycan və sovet opera-estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə ulduz həkk olunub. Mərasim “Sea Breeze” istirahət mərkəzində yaradılan “Walk of Fame” (“Şöhrət yürüşü”) ulduzlar xiyabanında baş tutub. Mərasimdə Müslüm Maqomayevin həyat yoldaşı – opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya iştirak edib. O, qırmızı xalıya Azərbaycanın Xalq artisti, müğənni […]

Mədəniyyət

Məşhur aktyorun faciəvi taleyi: “Məni sən bədbəxt etdin, ana” – FOTO

Bu gün aktyor Gündüz Abbasovun anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir. Anası Mələk xanım Cəfər Cabbarlının qardaşı qızı olub. Cəfər Cabbarlının iki yaşı olanda atası rəhmətə gedib. Onu Gündüz Abbasovun babası Qafar kişi böyüdüb. İmkanlı ailədə böyüyüb. Gənc vaxtı çox yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə […]

Mədəniyyət

Rusiyalı politoloq azərbaycanlılara müraciət etdi – VİDEO

Tanınmış rusiyalı ictimai xadim, politoloq, jurnalist və teleaparıcı Maksim Şevçenko azərbaycanlılara videomüraciət edib. O bildirib ki, oktyabrın 6-da Bakıda, Heydər Əliyev Sarayında hər kəsin yolunu gözləyir. Görüşdə Maksim Şevçenko dahi Azərbaycan və Rusiya mütəfəkkiri, politoloq, yazıçı, filosof və şair Heydər Camal haqqında söhbətlər edəcək. Onun düşüncələrindən, Azərbaycana, Rusiyaya və Qafqaza siyasi baxışlarından danışacaq, şeirlərini oxuyacaq. […]

Mədəniyyət

Böyük missiyası olan kiçik şəhər – “Kaspi”nin REPORTAJI + FOTO

Vatikanın özünün gerbi, bayrağı, mühafizəçiləri və hətta dili – latın dili var. Dünyanın ən kiçik ölkəsi qəzet nəşr edir, radiosu və poçtu fəaliyyət göstərir. Roma ətrafında gəzərkən təsadüfən İtaliyanı tərk edə, sərhədi keçə və başqa bir ölkəyə düşə bilərsiniz. Bu qədim şəhərin tam mərkəzində Vatikan dövləti (Stato della Citta del Vaticano) yerləşir. Buraya ictimai nəqliyyatla […]

Mədəniyyət

Bu gün Xan Şuşinskinin anadan olmasından 122 il ötür

Bu gün Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 122 il ötür. Xan Şuşinski 20 avqust 1901-ci ildə Şuşada anadan olub. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi var. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbülhəsən xan İqbalın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə […]

Mədəniyyət

Maestro Niyazinin doğum günüdür

Bu gün Mayestro Niyazinin anadan olmasından 111 il ötür. Oxu.Az xatırladır ki, Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alıb, lakin sonra təhsilini […]

Mədəniyyət

Britni Spirs Asqeri ilə evliliyini ağrı adlandırıb

Müğənni Britni Spirs Sem Asqeridən boşanmasına münasibət bildirib, evliliklərini ağrı adlandırıb. “Hər kəsin bildiyi kimi, Semlə artıq ayrılmışıq. Mən bir az şokdayam. Amma düzünü desəm, daha bu ağrıya dözə bilmirdim”, – deyə müğənni bildirib. Qeyd edək ki, hazırda müğənni ilə həyat yoldaşının boşanma prosesi gedir. Avqustun 18-də Sem Asqeri müğənninin xəyanətləri barədə məlumat aldığını deyib. […]

Mədəniyyət

Qəzaya düşən rusiyalı müğənni ağrıkəsicilərlə konsert verdi – VİDEO

Bir müddət əvvəl qəzaya düşən rusiyalı müğənni Lada Dens hadisədən sonra ilk dəfə səhnəyə çıxıb. Bu barədə ifaçının prodüseri Sergey Pudovkin məlumat verib. Bildirilir ki, o, Nijni Novqorodda (Rusiya) şəhər günü şərəfinə keçirilən konsertdə iştirak edib. “Bəli, bu tamaşaya nəzarət edən tibb işçiləri var idi. Müşayiət də (tibbi), ağrıkəsicilər də oldu”, – deyə Pudovkin əlavə […]

Mədəniyyət

Həyatı depressiya ilə keçən dünyanın ən gülməli insanı Cim Kerri – VİDEO

Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda məşhur aktyor Cim Kerridən bəhs olunub. Bildirilir ki, C.Kerri 17 yanvar 1962-ci ildə Kanadanın Nyumarket şəhərində anadan olub. Ailə yaxşı yaşamırdı. C.Kerri ehtiyac içində yaşamağı uşaqlıqdan görüb. Onun altı nəfərdən ibarət ailəsi var idi. Ulduzun valideynləri musiqini sevirdilər. Anası evlənməmişdən əvvəl müğənnilik edirdi, […]

Mədəniyyət

“Natiq” Ritm Qrupu ilə gənclərin görüşü keçiriləcək

Avqustun 23-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan Respublikasının xalq artisti Natiq Şirinov və onun rəhbərlik etdiyi “Natiq” Ritm Qrupu ilə gənclərin görüşü təşkil ediləcək. Oxu.Az xəbər verir ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə xalq artisti Natiq Şirinov milli ritmlər mövzusunda çıxış edərək, “Natiq” Ritm […]