Mədəniyyət

Azərbaycanın ilk qadın opera müğənnisinin anadan olmasından 127 il keçir

Bu gün Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın anadan olmasından 127 il ötür. Oxu.Az xatırladır ki, Şövkət Həsən qızı Məmmədova 18 aprel 1897-ci ildə Tbilisidə kasıb pinəçi ailəsində dünyaya göz açıb. Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı […]

Mədəniyyət

Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”

“Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb”. Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib. Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb: “Bu da onların […]

Mədəniyyət

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Hər il aprelin 18-də dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda […]

Mədəniyyət

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO

Aprelin 6-sı səhər saat üç radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb. Bu barədə Oxu.Az-a hospitaldan məlumat verilib. Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil […]

Mədəniyyət

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar – VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların “Vaqarşapat rəqsi” adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub. Ermənilər bu musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər. Bu həqiqətən doğrudurmu? Məsələ […]

Mədəniyyət

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər

Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı statusu alması üçün müraciət ünvanlanacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin “X” hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib və çıxış edib. XİN başçısı çıxışı zamanı iştirakçı nazirlərə MDB çərçivəsində […]

Mədəniyyət

Tarixə qovuşan KİNOTEATRLAR – Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrların binalarından da əsər-əlamət qalmayıb. Bəzi binalar ya xarabalığa çevrilib, ya təyinatı üzrə […]

Mədəniyyət

“Taxt-tac oyunları” serialının pərəstişkarlarını kədərləndirəcək xəbər – FOTO

Əsas personajı Con Snounun olacağı güman edilən “Taxt-tac oyunları”nın (“Game of Thrones” /2011–2019) spin-off seriyası ləğv edilib. Bu barədə qəhrəmanı canlandıran aktyor Kit Harinqton müsahibəsində bildirib. Onun sözlərinə görə, süjet üçün hər kəsi həyəcanlandıracaq uyğun hekayə tapmaq mümkün olmadığı üçün hazırda çəkiliş planları yoxdur. “Ona görə də onun icrasını hələlik bir kənara qoymaq qərarına gəldik. […]