Mədəniyyət

“Nəsibə xanım mənə şillə vurub dedi ki, bu tərbiyəsizliyi kimdən öyrənmisən, dedim ki, səndən” – FOTO

“Nəsibə xanım bu sənətə gəlməyimi istəmirdi. Çox qarşı durdu, hətta məndən incidi, küsdü ki, sözümə baxmırsan. İllər sonra ona sual verdim ki, ana, məndən utanmırsan?! Hamı məni tanıyır, hörmət edir, sevir! Dedi ki, “utanmıram, amma yenə də nigaranam səndən”. O bilirdi ki, sənət ağır yerdir. “Mən övladımın əziyyət çəkməsini istəmirəm” deyirdi. Nəsibə xanımın Nəsibə xanım […]

Mədəniyyət

Eyyub Yaqubov konserti ilə bağlı söz-söhbətə son qoydu

Bu gün mətbuatda “Eyyub Yaqubovun “kişilər günü” ilə bağlı konserti” başlığı altında yayılan xəbərlərə Xalq artisti Eyyub Yaqubov açıqlama verib. Azxeber.com xəbər verir ki, xalq artisti məkanın hazırladığı anonsdan narahatlığını dilə gətirib. O, 23 fevralın adi bir gün olduğunu xatırladaraq, yazılanları təkzib edib: “Əziz izləyicilərim! Bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan […]

Mədəniyyət

Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb – FOTO

Çin Xalq Respublikasının “Voyage” jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqeyi və nüfuzu xüsusi qeyd olunub. Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü […]

Mədəniyyət

Mehriban Xanlarova: “İki dəfə xəyanəti bağışlamışam” – VİDEO

“Xəyanətə görə çox ağır depressiya xəstəliyi keçirdim. Altı ay heç bir yerə çıxmadım”. Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində Əməkdar artist Mehriban Xanlarova deyib. O, keçirdiyi ağır günlərdən danışarkən qeyd edib ki, həyat yoldaşı ona başqasını sevdiyini söyləyib. “Mən həyat yoldaşına qiymət verən insan olmuşam. Teatra gedib rolumu da oynayırdım, qayıdıb yemək də bişirirdim ki, ac […]

Mədəniyyət

Kinomuzun “Qoçu əsgəri” – Nənəsinin molla etmək istədiyi Möhsün Sənani – FOTO

Xalq artisti Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə – oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur. Oxu.Az xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün […]

Mədəniyyət

Könüllərə, ruhlara mənəvi qida verən bəstəkar: Elza İbrahimovanın anım günüdür

Elə nəğmələr var ki, insan mənəviyyatının zənginləşməsi, duyğularının kamilləşməsində önəmi əvəzsizdir. Həmişəyaşar mahnılarla insanların qəlbində əbədi məskən salmaq, könüllərə, ruhlara mənəvi qida vermək hər bəstəkara nəsib olan xoşbəxtlik deyil. Oxu.Az xəbər verir ki, bu gün vəfatından 12 il ötən Azərbaycanın Xalq artisti Elza İbrahimova bu xoşbəxtliyi qazanmış sənətkarlardandır. Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey […]

Mədəniyyət

51 illik ömrün hekayəsi: Şeirləri musiqiyə ölçülmüş dahi şair – FOTO

Bütün ölkə tək onun poeziyasını, dramaturgiyasını deyil, sözlərinə yazılmış mahnıları da sevirdi. O mahnılar ki, bu gün də böyük şövq və zövqlə səsləndirilir – konsert proqramlarında, radio dalğalarında, məclislərdə, ziyafətlərdə… Onun şeirləri musiqiyə ölçülmüşdü. Mahnı müəllifləri iddia edirdilər: İslam Səfərli mahnı poeziyasını əsl poeziya səviyyəsinə ilk çatdıranlardan biridir. “Ana”, “Bir könül sındırmışam”, “Bakı, sabahın xeyir”, […]

Mədəniyyət

Cəlil Məmmədquluzadənin doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin doğum günüdür. Oxu.Az xatırladır ki, o, 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında […]

Mədəniyyət

Əməkdar artist Suğra Bağırzadənin doğum günüdür

Bu gün Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadənin doğum günüdür. Oxu.Az xatırladır ki, Suğra Bağırzadə 10 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.  Orta təhsilini Bakıda 7 saylı tam orta məktəbdə alıb. Uşaq yaşlarından incəsənətə böyük marağı olub. İlk uğuru 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə “Bolşoy Teatr”ın səhnəsində solo ifa etdiyi “Cücələrim” mahnısı olub. Məhz Suğra Bağırzadənin […]