Mədəniyyət

Dilarə Kazımova: “Haqsızlıqlar hər zaman mənim bəxtimə düşür” – FOTO/VİDEO

“Canavar mənim üçün maska deyildi, sanki tən yarım idi”. Bu sözləri Oxu.Az-a açıqlamasında İctimai Televiziyada yayımlanan “Maska” şousunun qalibi, 2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova deyib. Müğənni “Maska” şousuna qatılmasından bəhs edib: “Qərarı layihə rəhbərlərindən aldım və buna çox sevindim. Çünki bu şounun pərəstişkarı […]

Mədəniyyət

Xankəndidən olan Xalq artisti gənclərə çağırış etdi – VİDEO

“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər zaman torpaqlarımızda, Vətənimizdə idi”. Bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq artisti Fəxrəddin Manafov deyib. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə qayıtmaqla bağlı çağırış edib. Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə […]

Mədəniyyət

“Grammy”də qalmaqal: Üç mükafat aldı, ancaq mərasimi əliqandallı tərk elədi – VİDEO

66-cı “Grammy” mükafatlandırma mərasimində üç mükafat qazanan reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) onları aldıqdan dərhal sonra polislər tərəfindən həbs olunub və zaldan əliqandallı şəkildə çıxarılıb. Killer Mayk “Michel” albomuna görə “Ən Yaxşı Rep Albomu”, həmçinin “Scientists & Engineers” adlı rep üçün “Ən Yaxşı Rep İfası” və “Ən Yaxşı Rep Mahnısı” mükafatlarını qazanıb. […]

Mədəniyyət

66-cı “Grammy” mərasimi: ulduzların qırmızı xalçada geyimləri – FOTO

Los-Ancelesdə (ABŞ) musiqi dünyasının ən nüfuzlu mükafatı “Grammy”nin mükafatlandırma mərasimi keçirilib. Britaniyalı müğənni Dua Lipa mərasimin əsas hissəsini açan çıxışından əvvəl qırmızı xalçada “Courreges” zirehli paltarda görünüb. Billi Eyliş qırmızı xalçaya qara və çəhrayı “Barbie” gödəkçədə çıxıb. Miyli Sayrus, demək olar ki, tamamilə qızıl sancaqlardan hazırlanmış paltar seçib.  Lana Del Rey və Teylor Svift klassik üslubda geyimləri […]

Mədəniyyət

Rüstəm İbrahimbəyovun doğum günüdür

Bu gün yazıçı, nasir, dramaturq Rüstəm İbrahimbəyovun doğum günüdür. Oxu.Az xatırladır ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1962-ci […]

Mədəniyyət

Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin doğum günüdür.  Oxu.Az xatırladır ki, sənətkar 1918-ci ildə Bakı şəhərində məşhur həkim, təbabət professor Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. Qara Qarayev fortepiano ifaçılığı təhsili alıb. 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-cu ildə konservatoriyanın nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano […]

Mədəniyyət

Sanki yaxşılıq etmək üçün doğulmuşdu… – ANIM + FOTO

Görkəmli xanəndə, bəstəkar və pedaqoq Əlibaba Məmmədovun həm doğum, həm də vəfatı tarixi fevral ayına təsadüf edir. O, dünyadan köçən günə qədər yaradıcılığına davam etdi. Tələbələri onu musiqi ilə yaşayan sənətkar kimi xatırlayırlar.  Milli musiqimizi onun bəstələdiyi mahnılar, təsniflər, rənglər olmadan təsəvvür etmək mümkün deyil. Mahnılarını ürəklə oxuyan xanəndələri özü də sevirdi. Onlar üçün mahnılar […]

Mədəniyyət

Laçın şəhərində müasir kitabxana istifadəyə verilib – FOTO

Bu gün Laçın şəhərində “LaCinema” kinoteatrının nəzdində yeni, müasir kitabxananın açılışı olub.  AZƏRTAC xəbər verir ki, “Simurq” adı verilmiş kitabxananın əsas özəlliyi funksionallığındadır. Açılış mərasimində Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, “Laçın Abadlıq Xidməti”nin rəhbəri Nəsimi Əsədov, şəhərin ziyalıları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Tədbirə şəhərdə və Zabux kəndində fəaliyyət göstərən məktəblərin müəllim […]

Mədəniyyət

Artıq “TikTok”da bəzi mahnılardan fon səsi kimi istifadə mümkün olmayacaq

Universal Music Group (UMG) bütün sənətçilərinin musiqisini “TikTok”dan siləcək. Buna səbəb şirkətlərin yeni lisenziya razılaşması əldə edə bilməmələri olub. Məlumata görə, dünyanın ən böyük musiqi nəşriyyatına sahib şirkət Taylor Svift, Ariana Grande, Jastin Biber, “Coldplay”, “The Weeknd” və Dreykin treklərini ehtiva edən musiqi kataloqunu “TikTok”dan çıxarmağı planlaşdırır. Artıq UMG-yə məxsus mahnıları olan istifadəçi videolarında səs […]

Mədəniyyət

Şair-bəstəkar Xanım İsmayılqızı: “Musiqiyə verilən dəyər azalıb” – VİDEO

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı şair-bəstəkar Xanım İsmayılqızı olub. Müasir dövrdə kəmiyyətin keyfiyyəti üstələməsindən gileylənən bəstəkar söyləyib ki, musiqiyə verilən dəyər azalıb: “Bu gün bir müğənni toya getmək və yaxşı pul qazanmaq istəyirsə, daha çox alıcı olan istiqamətə gedir. Əlbəttə ki, sənət naminə sənət deyib çalışanlar da var. […]