Mədəniyyət

“Avroviziya-2023”ün Azərbaycan təmsilsiçi müəyyən olundu – VİDEO

“Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək. Oxu.Az xəbər verir ki, Tural və Turan Bağmanovlar ifa etdikləri mahnının həm də müəllifləridirlər. Xatırladaq ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Xeberal.az

Mədəniyyət

Həyat yoldaşını itirən Cavan Zeynallı: “Necə yəni ağlama? Mən onu çox sevirdim”

Ötən ilin dekabrında həyat yoldaşını itirən Xalq artisti Cavan Zeynallı bir müddətdir ki, özünə qapanıb, telefonlara cavab vermir, heç kimlə əlaqə saxlamırdı. Uzun müddətdən sonra Oxu.Az-a açıqlama verən müğənni indi nisbətən yaxşı olduğunu deyib. “Yoldaşımı Qusarda dəfn etdik, qırx mərasimi də orada oldu. Mənim üçün çox çətindir. Hamı deyir ki, Cavan, həyat gedir. Həkimlər də […]

Mədəniyyət

Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” adlı konsert və sərgi keçirilib – FOTO

Martın 8-də Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” adlı konsert və sərgi keçirilib. Tədbir Beynəlxalq Qadınlar Gününə təsadüf etdiyindən xanım qonaqlara Mərkəz adından xüsusi hədiyyələr təqdim olunub. Bayram əhval-ruhiyyəli konsert və sərgi isə tamaşaçılarda dərin təəssürat yaradıb.  Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və […]

Mədəniyyət

Məşhur fransalı müğənni vəfat edib

Marsel Amon təxəllüsü ilə tanınan fransalı müğənni və aktyor Marsel Jan-Pyer Baltasar Miramon 94 yaşında vəfat edib. Bu barədə onun ailəsi məlumat verib. O, 1950-ci illərin ortalarında çıxışları və Edit Piafın konsertlərindən əvvəl Parisin “Olympia” konsert zalında “Bleu, blanc, blond” mahnısı sayəsində şöhrət qazanıb. Həmin vaxtlar o, Bricit Bordonun baş rolda oynadığı “The Bride Too […]

Mədəniyyət

Seriallardakı rolları ilə tanınan türk aktyor əməliyyat edildi

Məşhur türkiyəli aktyor, xüsusən seriallardakı rolları ilə tanınan Kərəm Bürsin əməliyyat olunub. Türkiyə mətbuatının yazdığına görə, 35 yaşlı aktyorun belində yırtıq aşkar edilib və həkimlər onun təcili əməliyyat olunmasını tövsiyə ediblər. Aktyor artıq bu gün xəstəxanadan evə buraxılıb. Bürsinin ətrafında olan şəxslər onun bir müddət istirahət etdikdən sonra yeni layihələr üzərində işləməyə davam edəcəyini bildiriblər. […]

Mədəniyyət

Keçmiş ərindən Ebru Gündəşə qadağa: “Oxumayacaq!”

ABŞ-da yaşayan iranlı biznesmen Reza Zərrab keçmiş həyat yoldaşı və müğənni Ebru Gündeşin onun müəllifi olduğu hit mahnıları oxumasına qadağa qoymağa hazırlaşır. O, bu barədə artıq vəkillərinə göstəriş də verib. Zərrabın bu qərara gəlməsinin səbəblərindən biri Gündeşlə qızları Alara üstündə qəyyumluq mübahisəsi göstərilir. Qeyd edək ki, Reza Zarrab Təbriz şəhərində anadan olub və əslən azərbaycanlıdır. […]

Mədəniyyət

Əməkdar artist Yafəs Eyvazov vəfat edib

Tanınmış ud ifaçısı, Əməkdar artist Yafəs Eyvazov vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu barədə sənətçinin bacısı oğlu Əməkdar artist Rəşad İlyasov özünün sosial şəbəkə hesabında məlumat verib. Qeyd edək ki, sənətçinin bu gün uzun müddət davam edən xəstəlikdən vəfat etdiyi bildirilir. Xeberal.az

Mədəniyyət

“Avroviziya-2023”də Azərbaycanı kim təmsil edəcək?

“Avroviziya-2023” mahnı müsabiqəsinə cəmi iki ay qalıb. Müsabiqəyə builki seçim zamanı beş ifaçı və onların mahnıları seçilib. Həmin musiqiçilər – Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur. Azərbaycanın “Avroviziya-2023”də çıxış edəcəyi mahnının bu həftə bəlli olacağı gözlənilir. Builki təmsilçimiz kim olacağı isə hələ ki, bəlli […]

Mədəniyyət

Təhsil haqqını ödəmədiyi üçün toylara getməyə məcbur oldu, gizli eşq yaşaması barədə şayiələr yayıldı…- FOTO

Kulis.az müğənni, Əməkdar artist Lalə Məmmədova haqqında maraqlı faktları təqdim edir. Lalə Məmmədova 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası professor, anası isə orta məktəb müəlliməsi olub. Ailədə beş bacı olublar. Lalənin atası muğamları çox sevib. O, hər dəfə muğamata qulaq asanda, Lalə də onunla birgə dinləyib. İlk konserti də elə həyətdə məhəllə […]

Mədəniyyət

Brus Uillisin arvadı jurnalistlərə müraciət etdi: “İmkan verin…” – FOTO/VİDEO

67 yaşlı amerikalı aktyor və prodüser Brüs Uillisin həyat yoldaşı Emma Hemminq fotoqraflara müraciət edərək ərini izləməyi dayandırmağı xahiş edib. Bununla bağlı özünün “Instagram” hesabında paylaşım edib. 44 yaşlı modelin sözlərinə görə, oxşar diaqnozu olan pasiyentlərin qohumları üçün demensiyadan əziyyət çəkən insanı çölə çıxarmaq və hətta qəhvə içmək üçün hansısa iaşə müəssisəsinə qədər təhlükəsiz şəkildə […]