Mədəniyyət

Həyat yoldaşını itirən Cavan Zeynallı: “Necə yəni ağlama? Mən onu çox sevirdim”

Sharing is caring!

Ötən ilin dekabrında həyat yoldaşını itirən Xalq artisti Cavan Zeynallı bir müddətdir ki, özünə qapanıb, telefonlara cavab vermir, heç kimlə əlaqə saxlamırdı. Uzun müddətdən sonra Oxu.Az-a açıqlama verən müğənni indi nisbətən yaxşı olduğunu deyib.

“Yoldaşımı Qusarda dəfn etdik, qırx mərasimi də orada oldu. Mənim üçün çox çətindir. Hamı deyir ki, Cavan, həyat gedir. Həkimlər də deyirlər ki, bu qədər üzülmək, ağlamaq olmaz. Necə yəni ağlama? Mən sevirdim onu, çox sevirdim.

Bilirsiniz, o vaxt Röya ilə səkkiz mahnı yazmışıq. Düzü, o mahnılar haqqında indi danışmaq istəmirəm. Srağagün evdə o mahnılardan birinə qulaq asırdım, başladım ağlamağa. Mənim ürəyim belədir. Neyləyim?” – Xalq artisti bildirib.

Qeyd edək ki, C.Zeynallı həyat yoldaşı Röya xanımın ölümünü bir müddət mediadan gizlətmişdi.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir