Mədəniyyət

Sinəsində şiş aşkarlanan Xalq artisti DANIŞDI

Yanvar ayında əməliyyat olunan Xalq artisti Naibə Allahverdiyevanın sinəsində şiş aşkarlanıb.  Lent.az xəbər verir ki, o, bu barədə “Elgizlə izlə” proqramında məlumat verib.  59 yaşlı aktrisanın özünü hazırda yaxşı hiss etdiyini bildirib: “Sinə əməliyyatı etdirməzdən əvvəl məndə yoxlanışda heç nə görünmürdü. Amma əməliyyatda üzə çıxdı deyə götürməli oldular. İndi yaxşıyam, önəmli bir şey yoxdur. Şükür Allaha. Səhnəyə […]

Mədəniyyət

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi hazırdır

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq. “Report” xəbər verir ki, mərasim martın 10-da keçiriləcək. Həmin tarixdə saat 12:00-da Birinci Fəxri xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılışı baş tutacaq. Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Qeyd edək ki, R.İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə […]

Mədəniyyət

Mədəniyyət Nazirliyinin daha bir vəzifəli şəxsi işdən çıxarıldı: Prezidentdən yeni təyinat – YENİLƏNİB

Prezident İlham Əliyev Səbinə Xalid qızı Hacıyevanın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.  Bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb. 17:10 Prezident İlham Əliyev Azad Məhyəddin oğlu Cəfərlinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin […]

Mədəniyyət

Nazirin iki müavini işdən çıxarıldı: İlham Əliyevdən yeni təyinat – YENİLƏNİB + FOTO

Mədəniyyət nazirinə yeni müavin təyin edilib.  Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Səadət Yusifova Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib. Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 16:18 Mədəniyyət nazirinin iki müavini vəzifəsindən azad edilib.  […]

Mədəniyyət

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR

Mədəniyyət Nazirliyinə yeni təyinatlar olub. Oxu.Az-ın məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimlinin müvafiq əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Xanlar Ağalarov təyin olunub. A.Kərimlinin digər əmri ilə Cahangir Səlimxanov və Əmirbəyli Oleq Arnoldoviç müşavir vəzifələrinə təyin olunublar. Mədəniyyət Nazirliyindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.  İlhamə Əbülfət Xeberal.az

Mədəniyyət

Vaqif Mustafazadə ilə albom yazdırmış məşhur gürcü cazmen vəfat edib – FOTO

Tanınmış gürcü bəstəkar, musiqiçi, cazmen Tamaz (Tatuza) Kuraşvili 75 yaşında vəfat edib. Bu barədə məlumatı musiqiçinin dostları yayıblar. Qeyd edək ki, 1970-ci illərdə Tbilisi Dövlət Konservatoriyasında təhsil alan Tamaz Kuraşvili “Diello” Filarmoniya Ansamblının (1968-1969), “Çanqi” Ansamblının (1970), Radio və Televiziya Komitəsinin estrada orkestrinin solisti (1968-1982), caz ansamblının rəhbəri (1979), Estrada Simfonik Orkestrinin baş dirijoru və […]

Mədəniyyət

“Shusha Cultural Night” adlı mədəniyyət gecəsi təşkil olundu – FOTO

“Şuşa ili” istiqamətində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Erasmus Tələbə Şəbəkəsi – Azərbaycan” İctimai Birliyi tərəfindən “Discovering Shusha with International Students in Azerbaijan” layihəsi çərçivəsində “Shusha Cultural Night” adlı mədəniyyət gecəsi təşkil olunub. Oxu.Az xəbər verir ki, sözügedən tədbiri giriş sözləri ilə açan Birliyin sədri Əli Tağıyev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini […]

Mədəniyyət

Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası hazırlanır

“Mədəniyyət Nazirliyi “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” sənədini hazırlayır. Sənədin məzmunundan irəli gələrək dövlət planı işləniləcək”. “Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Milli Məclisdə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, sənəddə qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdiriləcək: “Mədəniyyət sahəsində […]

Mədəniyyət

Eldar Mansurov 71 yaşını qeyd edir – FOTO

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri olan sənətkar Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. 1968-72-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində, 1974-79-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin […]

Mədəniyyət

Bakıdakı tarixi bina sökülür? – FOTO

Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, 52 (24) ünvanında XIX əsrin sonlarına məxsus tarixi məhəllədə yerləşən yaşayış binasının sökülməsi barədə məlumat yayılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazanlar bildirirlər ki, sökülən yaşayış evi 1890-cı illərin sonu – 1900-cü illərin əvvəllərinə aiddir. Binanın müəllifi memar Mirzə Qafar İsmayılovdır. Qeyd olunur ki, […]