Dünya Manşetüstü

Əfqanıstanda partlayış zamanı 1 uşaq həlak olub, 11 nəfər yaralanıb

Əfqanıstanda partlayış törədilib. XəbərAl.az xəbər verir ki, bu barədə “Tolonews” ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə Pərvan vilayətində baş verib. Əldəqayırma partlayıcı qurğunun partladılması nəticəsində 1 uşaq həlak olub, daha 11 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin rəsmiləri partlayışın “Taliban” silahlıları tərəfindən törədildiyini güman edirlər. Daha əvvəl Əfqanıstanın cənubunda yerləşən Zabul vilayətində törədilən terror aktı nəticəsində 20 […]

Gündəm Manşetüstü

Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 24 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Bu barədə XəbərAl.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. […]

Hadisə manset

Saatlıda “VAZ”, Abşeronda “Mitsubishi” yandı

Abşeronda minik avtomobili yanıb. XəbərAl.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonun Masazır qəsəbəsində “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Saatlı rayonunun Hacıqasımlı kəndində isə “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Hadisə Manşetüstü

Türkiyədə ağır qəza – 10-dan çox insan yaralandı

Türkiyənin Ərzurum vilayətində yüngül kommersiya avtomobili digər avtomobillə toqquşub. XəbərAl.az-ın məlumatına görə, digər avtomobilləri keçməyə çalışan yüngül kommersiya avtomobili əks istiqamətdə hərəkət edən bir avtomobil ilə toqquşub. Bundan sonra başqa bir avtomobil arxadan kommersiya avtomobilinə çırpılıb. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə manset

Polis onu kameraya çəkən sürücüyə hücum edir-VIDEO

Polis onu kameraya çəkən sürücüyə hücum edir. XəbərAl.az bildirir ki, qanun vətəndaşa polisi də, digər hadisələri də çəkməyə icazə verir. Polisin vətəndaşla bu cür rəftarı qanunsuzdur. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyinov deyir ki,hər bir vətəndaş mobil telefon və yaxud kamera vasitəsi ilə polisi çəkə bilər.Burda heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Ətraflı videosujetdə […]

AKTUAL manset

Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasını ifşa edən statusu və video müraciətindən sonra AXCP daxilində ixtilaf baş qaldırıb.

XəbərAl.az xəbər verir ki, F.Qəhrəmanlı ilə bağlı baş verən olaylar AXCP sədri Əli Kərimlini hərəkətə gətirib və o, F.Qəhrəmanlının törətdiyi əməllərə haqq qazandırmaq üçün cəbhəçiləri səfərbərliyə səsləyib. Hətta bu məqsədlə AXCP funksionerləri ilə qapalı görüş keçirərək, onlara müvafiq tapşırıqlar da verib. Partiya funksionerlərini nəzarətində saxladığı troll şəbəkəsi vasitəsilə mübarizəyə səsləyib. AXCP sədrinin təlimatından sonra hərəkətə […]

Cəmiyyət Manşetüstü

Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir-FOTOLAR

Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. XəbərAl.az bildirir ki,sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib və elə həmin ildən də sentyabrın hər üçüncü çərşənbə axşamı qeyd edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur. […]

Cəmiyyət manset

Prezidentdən icra başçısı ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Qeyd edək ki, M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır. Sentyabrın 23-də onun 60 […]

Kriminal manset

Xızıda sürücü polisləri silahla hədələdi

Xızıda polisləri silahla hədələyən sürücü tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən XəbərAl.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 9 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində VAZ-2109 markalı avtomobil şübhə doğurduğundan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman qəflətən avtomobildən düşən sərnişin üzərində gəzdirdiyi tapança ilə polis əməkdaşlarını hədələyərək aradan çıxmağa müvəffəq olub. Polis əməkdaşları […]