İdman Manşetüstü

Bu gün Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin E qrupunda Azərbaycan milli komandası Macarıstan yığması ilə qarşılaşacaq. XəbərAl.az-ın məlumatına görə, Budapeştdə, “Groupama Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində 4 qrupda 9 qarşılaşma təşkil olunacaq. C, E və G qruplarında iki, I qrupunda […]

Dünya manset

Yaponiyada dəhşətli qasırğa: 18 ölü, 150 yaralı

Yaponiyanı cənginə alan “Haqibis” qasırğası 18 nəfərin ölümünə səbəb olub. XəbərAl.az xəbər verir ki, qasırğa zamanı ən azı 150 nəfər yaralanıb. 13 nəfər itkin düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. Qeyd edək ki, dünən qasırğa nəticəsində ən azı 2 nəfərin öldüyü və 90 nəfərdən çox adamın yaralandığı barədə məlumat verilmişdi.

manset Region

Sabiq prezident: “Artıq Rusiya Ukraynaya gəlin kimi baxmır”

Rusiya-Ukrayna münasibətlərində müsbət tendensiya yaranır. XəbərAl.az  xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş prezidenti Leonid Kravçuk deyib. Onun sözlərinə görə, münasibətlərdə yaxşılaşma Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenskini dinləməyə başlamasından sonra baş verib. “Putin Poroşenko ilə ünsiyyətdə olmaq istəmirdi, ancaq Zelenski ilə onların dialoqu var. İndi isə əvvəlcə ölkələr pəncərələri, sonra qapıları bir-birinin […]

manset Tədbirlər

Bakcell jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib VIDEO-FOTOLAR

  KİV nümayəndələri üçün növbəti seminar keçirilib XəbərAl.az xəbər verir ki,Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün növbəti dəfə iki günlük seminar keçirib. “Mobil telekommunikasiya sənayesində son həllər və yeniliklər” mövzusunda keçirilimiş seminara ölkənin bir çox aparıcı media qurumlarını təmsil edən 30-a yaxın jurnalist qatılıb. Ardıcıl olaraq altı […]

manset Tədbirlər

“Nar” İT sahəsində fərqlənən tələbələrə dəstək oldu-FOTO

  Ölkədə elm və təhsilin inkişafına, xüsusən də informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların yetişdirilməsinə önəm verən “Nar”, “ADA” Universiteti ilə əməkdaşlığını davam etdirir. Bu dəfə mobil operator akademik göstəricilərinə görə fərqlənən tələbələrə təqaüdlər verib. Oktyabrın 10-da “ADA”-da keçirilən “Akademik Mükəmməllik Günü”ndə Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan “Lütfi Zadə” adına təqaüdü […]

Dünya manset

PKK-dan ABŞ-a şok təhdid – Rusiyadan…

“Sülh çeşməsi” əməliyyatının 5-ci günündə ABŞ mediası Birləşmiş Ştatlardan olan rəsmi şəxsin Suriyadakı terrorçularla gizli görüş keçirdiyi barədə yazıb. XəbərAl.az xəbər verir ki, “CNN International” ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisinin köməkçisi olan Viliam Roebukun PKK/YPG/PYD-li terrorçularla bir araya gəldiyini iddia edib. Nəşrin yazdığına görə, terrorçular ABŞ nümayəndəsinə onları satdıqlarını deyib. ABŞ-ı şantaj edən terrorçular […]

manset Region

SON DƏQİQƏ: sayı 500-ə çatdı, “Mehmetcik”in qorxusundan ağladı, “Kürd şahinləri”… – FOTO/VİDEO

Suriya Milli Ordusunun tərkib hissələrindən olan “Həmzə alayı” xüsusi təyinatlı qüvvələri “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatı üçün Fəratın şərqinə döyüşçülər göndərməkdə davam edir. XəbərAl.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gecə Rasulayna daha 500 əsgər göndərilib. “Fərat Qalxanı” hərəkatından sonra qurulan, “Zeytun budaqı” əməliyyatına da qatılan və tamamilə kürdlərdən ibarət olan “Kürd Şahinləri” YPG/PKK […]

Dünya manset

Türkiyənin düşmənlərinə SON ZƏRBƏ Trampdan: Geri çəkilin!

Əvvəlki gün Türkiyə və YPG/PKK terror təşkilatı arasında vasitəçilik təklif edən ABŞ prezidenti Donald Tramp bu dəfə terrorçulara bölgədən çəkilmə çağırışı edib. XəbərAl.az xəbər verir ki, prezident çağırışı Vaşinqtonda seçicilərlə görüşündə səsləndirib. “Öz sərhədlərimizə nəzarət edə bilmirik, Türkiyə-Suriya sərhədinə nəzarət etməyimiz mümkün deyil. Əsgərlərimiz daha 50 il Suriyada qala bilməzdilər. Ümid edirəm ki, YPG-lilər bölgədən […]

Hadisə manset

AZTV-nin məşhur aparıcısı ağır qəzaya düşdü – FOTOLAR

AZTV-nin tanınmış aparıcılarından olan Rəşad Mehdilinin avtomobili ağır yol qəzasına düşüb. XəbərAl.az xəbər verir ki, hadisə ötən gecə Sumqayıtda baş verib. Belə ki, sürətlə hərəkət edən “VAZ 2107” markalı avtomobil teleaparıcıya məxsus olan 99 TV 484 dövlət qeydiyyatlı “Nissan”a çırpılıb. Xoşbəxtlikdən teleaparıcı hadisə zamanı xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Kriminal manset

Azərbaycanda dəhşətli qətl – Ev tikmək istəyən qonşusunu güllələyib öldürdü

Oktyabrın 11-də Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. XəbərAl.az  xəbər verir ki, Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Hüseynov Akif İsrəfil oğlunun həmyerlisi, 1990-cı il təvəllüdlü Kərimov Zeynalabdı Bəndər oğlunutüfənglə atəş açaraq öldürməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi […]