Yaponiyanı cənginə alan “Haqibis” qasırğası 18 nəfərin ölümünə səbəb olub.
XəbərAl.az xəbər verir ki, qasırğa zamanı ən azı 150 nəfər yaralanıb. 13 nəfər itkin düşüb. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, dünən qasırğa nəticəsində ən azı 2 nəfərin öldüyü və 90 nəfərdən çox adamın yaralandığı barədə məlumat verilmişdi.