Siyasət

Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli Prezident, əziz qardaşım! Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram. Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq […]

Cəmiyyət

Azərbaycanda internetə qoyulan məhdudiyyət nə zaman aradan qaldırılacaq? – FOTO+RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə hərbi​ vəziyyət şəraitində olan ölkəmizdə internetin verilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətlər davam edir. Bu barədə Oxu.Az-ın suallarına cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova açıqlamasında bildirib. Onun sözlərinə görə, məqsəd, kibermühitdə ermənilərin təxribatlarının, eyni zamanda bəzi […]

Dünya

İordaniyada hotel binası üçrəngli Azərbaycan bayrağına büründü – FOTO

İordaniya Haşimilər Krallığının Əmman şəhərində  Azərbaycan Respublikasının bayrağı göz oxşayıb. Bununla bağlı Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. Belə ki, İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.    

Cəmiyyət

Zəngilan rayonunun işğaldan azad edilmiş ərazilərindən yeni görüntülər – FOTO

Azərbaycanın bir qrup mətbuat nümayəndəsi erməni işğalından azad edilmiş Zəngilan rayonunda olublar. AZƏRTAC-ın cəbhə bölgəsinə ezam edilmiş müxbiri xəbər verir ki, jurnalistlər Zəngilan rayonunun Mincivan qəsəbəsi və digər ərazilərdə erməni işğalının izləri ilə tanış olublar, mənfur qonşularımızın vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər. Həmin görüntüləri təqdim edirik. Qeyd edək ki, Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı […]

Siyasət

İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi – FOTO

Prezident İlham Əliyev bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı paylaşım edib. Dövlət başçısı “Twitter” hesabında yazıb: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, […]

Cəmiyyət

Ermənilərdən Tərtərdə daha bir təxribat: Yaşayış məntəqəsi atəşə tutuldu, yanğın başladı – VİDEO

Erməni silahlıları Tərtərdə yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Baku TV xəbər verir ki, Tərtərin cəbhəyanı kəndinə düşən mərmi ərazidə yanğına səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, mərminin yaratdığı yanğın nəticəsində, ot tayaları, tövlələr tamamilə yararsız hala düşüb, xeyli sayda mal-qara isə yanıb.

Cəmiyyət

Azərbaycan diasporu hərbçilərimizin müalicəsi üçün bahalı tibbi avadanlıq göndərdi – FOTO

Ural Federal Dairəsinin Azərbaycan diasporu yanıqların müalicəsində istifadə olunan iki ədəd “Dermatom” tibbi cihazı və onlara əlavə materialları alaraq Bakıya göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Cihazlar Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə yaralanan mülki şəxslərin və Azərbaycan Ordusunun hərbçilərinin müalicəsi üçün artıq müvafiq ünvana yola salınıb. Sverdlovsk vilayətinin “Azərbaycan-Ural” ictimai milli-mədəni […]