Siyasət

Dadaşlinski Vüqar Səfərlini “axtarışa verdi” – VİDEO

“İctimai” televiziyada böyük maraqla izlənilən “3D” sosial-ictimai proqramında maraqlı anlar yaşanıb. Oxu.Az xəbər verir ki, proqram başlamazdan öncə Lənkərandan olan nənələrin çıxışı və verilişin siması Dadaş Dadaşlinskinin katibəsi Lyubanın rəqsi zamanı kadra düşən foto diqqət çəkib. Belə ki, divardan asılmış fotoda Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərli təsvir edilib və fotonun […]

Siyasət

MSK sədri mətbuat konfransı keçirir – Canlı

Azərbaycan seçiciləri sabah 5573 seçki məntəqəsində səs verəcək. “Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfrasında deyib. Onun sözlərinə görə, 125 dairənin 10-u məcburi köçkün dairələridir. Ümumilikdə 340 689 məcburi köçkünümüz var. Bu məcburi köçkünlər də 523 məntəqədə səs verəcəklər. Hazırda bütün seçki məntəqələri seçicilərin səs verməsi […]

Siyasət

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov büdcədən maliyyələşən təşkilatların bütün işçilərinə qeyri-qanuni göstəriş verib.

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov büdcədən maliyyələşən təşkilatların bütün işçilərinə qeyri-qanuni göstəriş verib. Bu barədə sakinlər məlumat verib. Məlumatda bildirilir ki, icra başçısı ütün təşkilatlara, xüsusən də təhsil işçilərinin qeyri-iş günləri işdə olmasını tapşırıb: “Orta məktəblər, kolleclər, hətta uşaq bağçalarındakı bütün işçilər fevralın 8-i və 9-u- şənbə və bazar günləri saat 9:30-dan işdə […]

Siyasət

Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək.

Azərbaycanda ilk dəfə “I LOQOPEDİYA KONFRANSI” keçiriləcək. “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Binəqədi rayon İcra Hakimiyyəti, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi və “Ləzzət” kulinariya evinin dəstəyi ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçiriləcək. Konfransın məqsədi Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, […]

Siyasət

Siz Mehriban Məmmədovaya səs verməklə işıqlı gələcəyə yol açacaqsınız!

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizədliyini irəli sürmüş Mehriban Məmmədova Qazax rayonunda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk fəaliyyətini Az.tv-də teleaparıcı kimi başlayıb.”42-ci Paralel” ictimai-siyasi, elmi-kütləvi jurnalın baş redaktoru, Lider Tv-də “Nə düşünürsən?” verilişinin layihə rəhbəti və aparıcısıdır. Biz jurnalist komandası olaraq ölkə […]

Siyasət

“Heç kəs anadan qəhrəman doğulmur, onun keçdiyi yol onu qəhrəman edir”-Fəzail Ağamalı

Qəhrəmanlar! Şəhidlər! Xalqın kimliyini, mənliyini qoruyan heç kimə bənzəməyən öz ömürlərini vətənə bağışlayan oğullardı. Heç kəs anadan qəhrəman doğulmur, onun keçdiyi yol onu qəhrəman edir. Böyük bir ömür yolu keçməsə də Böyük Türk xalqının qəhrəmanına çevrilmiş qəhrəman – Mübariz İbrahimov! Mübarizə Allahdan rəhmət, ailə üzvlərinə və bütün Azərbaycan xalqına səbr diləyirəm. Fəzail Ağamalı- Ana Vətən […]

Siyasət

“Mənə qarşı böyük təxribat törədilib” – Fəzail Ağamalıdan sensasion açıqlama

“Azərbaycanın hüquq-mühafizə orqanlarına, Mərkəz Seçki Komissiyasına müraciət hazırlayıram”. Bunu Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Bu gün deputatlığa namizəd Kamil Musəvi ilə aralarında baş verən qarşıdurma haqda danışan F. Ağamalı deyib ki, ona qarşı təxribat və cinayət hadisəsi törədilib “Bu gün saat 11-də 60 saylı Salyan-Neftçala seçki dairəsində seçicilərimlə görüş keçirərkən, görüşün […]

Siyasət

Kamil Musavidən Fəzail Ağamalıya qarşı təxribat – VİDEO

  Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində seçicilərlə görüşdən çıxarkən deputatlığa digər namizəd Kamil Musəvi və onun digər regionlardan gətirdiyi sərxoş və nəşəli şəxslər tərəfindən təxribat törədilib. Bu haqda Moderator.az -a Fəzail Ağamalı özü məlumat verib. Aqressiv söyüş və fiziki təzyiqlərlə üzləşən Fəzail Ağamalı yüksək təmkinlik göstərərək tərəfdaşlarının […]

Siyasət

Fəzail Ağamalı Qaraçala sakinləri ilə görüşdü — FOTOLAR

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Salyanın Qaraçala kəndində seçicilərlə görüşüb. Demokrat.az-ın xəbərinə görə, görüşdə çıxış edən F.Ağamalı deyib ki, əvvəlki illərdə daim seçicilərin problemləri ilə maraqlanıb: “Həmişə seçicilərlə birlikdə olmuşam, onları narahat edən məsələlərin həllinə çalışmışam. Milli Məclisdəki […]