Kriminal manset

“Azərişığ”ın 3 əməkdaşı güllələndi

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib. Xəbəral.az  Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib. Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent […]

Gündəm manset

XİN Ramil Səfərovla bağlı qərara münasibət bildirdi

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı sualları cavablandırıb. Xəbəral.az  Leyla Abdullayeva ilə müsahibəni təqdim edir: – Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məlum qərarı ilə bağlı nə deyə bilərsiniz? – Biz Avropa İnsan […]

Cəmiyyət manset

Nəsimi rayonunda Ramazan bayramı münasibətilə sosial aksiya keçirilib-FOTO

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə növbəti sosial aksiya həyata keçirilib. Aksiya çərçivəsində rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayonun müxtəlif ünvanlarında yaşayan sosial müdafiəyə ehtiyacı olan 500-dən artıq ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb. Rayon sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə […]

Cəmiyyət Manşetüstü

“Bakcell”dən Azərbaycanın ən sürətli mobil şəbəkəsində 50 GB trafiki cəmi 30 manata

Abunəçilərin iri həcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə Bakcell şirkəti cəmi 30 manata yeni 50 GB İnternet paketini təqdim edir. Bu təklif sayəsində Bakcell öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İri həcmli internet paketi yüksək keyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media […]

manset Siyasət

Bu, problem yaradır, təkliflər hazırlayın – İlham Əliyev

Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Xəbəral.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxış keçirərkən bildirib. “Həm Prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz […]

Dünya manset

Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a çatdı

Son bir gündə Türkiyədə koronavirusdan daha 29 nəfər ölüb. Xəbəral.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 369 nəfərə çatıb. Bu gün COVID-19-a 987 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 157 814-ə çatıb. Son 24 saatda koronavirusla bağlı 21 492 test aparılıb. Bununla da […]

AKTUAL manset

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib – YENİLƏNİB

Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub. Xəbəral.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışlarda iştirak ediblər. Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması […]

Manşetüstü Mədəniyyət

Avropada Azərbaycanın Milli Xalça Muzeyinə virtual tur təşkil olunub

Avropanın bir sıra ölkələrindən Azərbaycanın Milli Xalça Muzeyinə onlayn tur təşkil olunub. Xəbəral.az  xəbər verir ki, tur Skandinaviya Azərbaycanlıları Şurasının Finlandiya üzrə əlaqələndiricisi, “Azərbaycan-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın “Azərbaycan muzeylərinə virtual səyahət” layihəsi çərçivəsində baş tutub. Onlayn tur zamanı keçirilən seminara Skandinaviya ölkələrində, o cümlədən, Finlandiyada yaşayan azərbaycanlılar, Almaniya, Niderland, Amerika, Yunanıstan, Azərbaycan və […]

İdman manset

Əliyar Ağayev: “Futbol üçün darıxmışıq, amma əsas sağlamlıqdır”

“Bütün futbol ictimaiyyəti kimi mən də çempionatın bərpa olunmasını istəyirəm”. Bu fikirləri Xəbəral.az-a açıqlamasında Azərbaycanın FIFA referisi Əliyar Ağayev koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqada cari mövsümün taleyi barədə danışarkən deyib. Üçüncü aydır meydanlardan kənarda qaldığını xatırladan 33 yaşlı hakim futbol üçün darıxdığını bildirib. Lakin o, sağlamlığın daha vacib olduğunu vurğulayıb: “Bu, hər şeydən, bütün çempionatlardan önəmlidir. İstənilən qərara […]

manset Siyasət

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar. Xəbəral.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada zəruri konservasiya və bərpa işləri aparılmaqla ərazinin arxeoparka çevrilməsi planlaşdırılır. Məlumat verildi ki, Pir Ömər Sultan ziyarətgahının xəlvəti sufi məktəbinin banisi Əbu Siracəddin Ömər Avaxıliyə aid olduğunu […]