İdman

“Mançester Siti”də Qvardiolanı Poçettino əvəz edə bilər

“Mançester Siti” Xosep Qvardiolanın əvəzinə “Tottenhem”in keçmiş baş məşqçisi Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir. Bu barədə “The Sun” nəşri yazıb. “Mançester Siti” X.Qvardiola ilə növbəti mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək istəyir. Lakin məşqçinin özü klubdan getmək niyyətindədir. Belə olan halda isə klub rəhbərliyi yeni baş məşqçi kimi M.Poçettinonu ən real namizəd olaraq görür. Qeyd […]

Dünya

XİN rəhbəri: “London Belarusa qarşı sanksiyalara hazırdır”

“Böyük Britaniya və onun beynəlxalq tərəfdaşları Belarusdakı etiraz aksiyaları zamanı zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiya tətbiq etməyə hazırdır”. Gazeta.ru-nun məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raabın bəyanatında bildirilib. “Böyük Britaniya günahkarları cəzalandırmaq və Belarus hakimiyyətini məsuliyyətə cəlb etmək üçün beynəlxalq partnyorları ilə çalışacaq”, – deyə D.Raab bildirib.

Siyasət

Prezident hərbi qulluqçuları təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə […]

İqtisadiyyat

Azərbaycanda kafe-restoran sahiblərinə xəbərdarlıq edildi – RƏSMİ

Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq […]

Siyasət

Prezident Dövlət Agentliyinə 4,6 milyon manat vəsait ayırdı

Prezident İlham Əliyev Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi […]

Kriminal

Azərbaycanda kişi tanışını amansızlıqla qətlə yetirdi

Avqustun 17-də, saat 01 radələrində İmişli rayonu, Buludlu kəndi ərazisində Malik Əliyevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli Rayon Prokurorluğundan verilən məlumatda bildirilir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) […]

Siyasət

Prezident sədr müavinini səfir təyin etdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Dursun Ayvaz oğlu Həsənovun Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Dövlət başçısının sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. İlham Əliyevin digər sərəncamı ilə F.Quliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.

Cəmiyyət

“SAB” firmasının kolbasasından metal parçası çıxdı – FOTOLAR

“Şikayətim “SAB” firmasındadır. Həmin firmaya məxsus “Səyyah” yarım hissə verilmiş kolbasa almışam və doğradığnda içindən qara bir metal parçasının çıxdığını aşkarladıq”. Xeberal.Az bildirir ki, bunu Bakı sakini Fərid Sultanov sosial şəbəkədə paylaşıb. Daha sonra narazı vətəndaş yazır: “Yaxından baxıldığında həmin metalın bolt birləşməsi (şurup) olduğu məlum oldu. Şəkildə də göründüyü kimi bir hissəsidir, digər hissə […]

Cəmiyyət

Elmar Məmmədyarova ağır itki

Sabiq Xarici işlər naziri Elmar Məmmədyarova ağır itki üz verib. Xeberal.Az xəbər verir ki, sabiq nazirin anası İzida İbrahimbəyova vəfat edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İzida Fuad qızı İbrahimbəyovanın dünyasını dəyişməsi ilə bağlı E.Məmmədyarova başsağlığı verib.  

Cəmiyyət

Azərbaycanda koronavriusa 112 yeni yoluxma qeydə alınıb, son sutkada ölüm olmayıb

Azərbaycanda koronavirus infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan bu gün ölüm halı olmayıb. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712 test aparılıb. Aktiv xəstə sayı isə 1838 nəfərdir.