Oxşar Xəbərlər
İranda sünni din xadimi həbs edilib – FOTO
İranda sünni din xadimi Hüseyn Əlimuradi Həmədan əyalətinin Xüsusi Ruhani Məhkəməsi tərəfindən həbs edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, dini xadim 16 ay həbs cəzasına məhkum edilib. Qeyd edək ki, o, hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham olunub. Xeberal.az
“Sabah”ın futbolçusu Ukrayna millisinə çağırıldı
“Sabah”ın futbolçusu Aleksey Kaşuk Ukrayna U-21 millisinə çağırılıb. Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, o, Danimarka və İtaliyanın 21 yaşlılardan ibarət komandaları ilə yoldaşlıq oyunları üçün yığmaya dəvət alıb. Müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan Kaşuk icarə əsasında “Sabah”da çıxış edir. Xeberal.az
İtaliya hökuməti Qədim Roma dövründən qalan layihəni reallaşdırır – FOTO
İtaliyada dünyanın ən uzun asma körpüsü inşa olunacaq. O, Siciliya adası ilə ölkənin materik hissəsi arasında tikiləcək. Körpünün dizaynı qədim romalılar tərəfindən hazırlanıb və İtaliyanın müasir hökuməti tərəfindən dəfələrlə müzakirə olunub. Planlara görə, konstruksiyanın uzunluğu 3,2 kilometr olacaq. Biraşırımlı körpünün tikintisinə 2024-cü ildə başlanmalıdır. Rəsmilər hesab edirlər ki, körpü karbon emissiyalarını azaltmağa kömək edəcək. Bundan […]