Araşdırma

Səfər Mehdiyevin “As İnşaat-N” sevgisi Və ya onu nə bu şirkətlə işləməyə vadar edir?

Səfər Mehdiyevin “As İnşaat-N” sevgisiBir neçə gün əvvəl rəsmi olaraq məlumat yayıldı ki, Dövlət Gömrük Komitəsi Xaçmaz rayonu, Xanoba kəndində tikilən Şimal Ərazi Baş Gömrük İdarəsi “Xanoba” gömrük postunun kompleks tikintisi (birinci mərhələsi) üzrə elan etdiyi açıq tenderə yekun vurub. Vahid dövlət satınalmaları portalında yayılan informasiyada tenderin qalibi “As İnşaat” MMC-nin olduğu qeyd olunurdu.

Məlumata əsasən tikinti – quraşdırma işlərin aparılmasına görə şirkətə 8 mln manat ödəniləcək. Xatırladaq ki, bu ilin aprel ayında Azərbaycan Prezidenti “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncam ilə, “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə 2020-ci ilin dövlət büdcəsindən Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Həmçinin 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu işin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulacaq. Qeyd edək ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur. Məntəqənin inşası birtərəfli qaydada Azərbaycan tərəfindən aparılacaq.

“As İnşaat” MMC əslində bir sıra meqa tikinti, təmir tenderlərinin qalibi olduğu haqda bilgilər əldə etdik. Lakin rəsmi qaynaqlarda şirkətin kimə məxsus olduğunu müəyyən edə bilmədik. Şirkətin rəsmi https://www.facebook.com/asInshaatNMmc səhifəsində bununla bağlı heç bir məlumat yer almır. Eyni zamanda məlum olur ki, DGK-nın tenderi həvalə etdiyi şirkətin rəsmi
https://www.asinshaat-n.az/projects səhifəsi də 2018-ci ildən bu günə qədər yenilənməyib. Şirkətin ictimai hesabatlılıq və sorumluluq duymaması, 2018-ci ildən bu günə qədər habnsı tenderlərin qalibi olması barədə də detallı bilgilər əldə edə bilmədik. Məlum oldu ki, şirkət əslində bir sıra dövlət sifarişləri əsasında fəaliyy
ət göstərib. Hətta internet resurslarında Səfər Mehdiyevin dostları olduğu deyilən şirkətin ünvanına tənqidlər də yer alır. Virtualaz.org saytı geniş bir araşdırmasında iddia edir ki, şirkət keyfiyyətsiz mal və materiallardan istifadə edir. Xüsusilə də armatur və sement ucuz və keyfiyyətsiz olur deyə müvafiq olaraq həyata keçirilən layihələr nəticəsində istismara verilən tikililər keyfiyyət standartlarına cavab vermir.
http://deyerler.org/426330-zay-mald-topdansatanlar-onlarla-goxmjrtjbjli-binalar-tikjnljr.html

 DGK sədri Səfər Mehdiyev belə müəmmalı şirkətlərlə ortaqlıq etməkdədir. Bildirilir ki, bəzən komitənin tenderlərini udan şirkətlər deyil, tamam başqa tikinti briqadaları həyata keçirir. Məlumata əsasən Mehdiyevin Komitə daxilində böyük bir tikinti briqadasını idarə edən “həmkəndlilər qrupu” var. Məhz həmin qrup vasitəsilə də Cənab Mehdiyev “otkad” edərək ciddi məbləğdə pullar qazanır. Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir