Araşdırma

Bakıda məşhur geyim dükanından unikal cavab: “Geyinmə otaqlarına kamera quraşdırılıb

Sharing is caring!

Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, “New Yorker” geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.

Məsələ ilə bağlı geyim dükanı ilə əlaqə saxladıq. Zəngimizi cavablandıran əməkdaş Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləsə də, açıqlaması bir qədər maraqlı oldu:

“Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir”.

“Bəs nəyi çəkir?” sualımıza isə cavab ala bilmədik.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir