Araşdırma

Nizami rayon icra başçısı Coşqun Cəbrayılov yola salınır: Etimadı doğrultmadı

Sharing is caring!

Yeni ildə vəzifəsindən uzaqlaşdırılacaq daha bir icra başçısın adı məlum olub.

Xəbəral.az -a verilən məlumata görə, bu, Nizami rayonunun icra başçısı Coşqun Cəbrayılovdur.

Məlumatda deyilir ki, Coşqun Cəbrayılovun fəaliyyəti qənaətbəxş olmayıb və preizdentin etimadını doğrultmayıb.

Mənbə deyir ki, Coşqun Cəbrayılovla bağlı şikayətlər də çoxdur. Belə ki, Nizami rayonuna təyinatından sonra adı əsasən də ağacların qırılması, yaşıllıqların məhv edilməsi və yerində obyektlərin tikilməsi ilə gündəmə gələn Cəbrayılovla bağlı bütün aidiyyatı qurumların da rəyi mənfidir.

Ona görə də onun yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

Rayonda ekoloji durum o həddə olub ki, cari ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonunda bir neçə dəfə yoxlama aparıb. Belə ki, rayonun Qara Qarayev prospektində ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalar ciddi müzakirəyə səbəb olub.

Məqsəd həmin ərazilərdə yerlərin qanunsuz olaraq satılmasıdır.

“Ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli​ ​Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur”.
Bakı şəhəri Nizami rayonunda ağacların kəsilməsi ilə bağlı saytımıza şikayət daxil olub. Şikayətə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac “soyqırımı” həyata keçirir. Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.

Bütün bu kimi hallar və rayondakı məmur özbaşınalığı ciddi narazılıqlar yaradıb. Bu da Coşqun Cəbrayılovun fəaliyyətinin mənfi nəticəsi kimi qiymətləndirilib.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir