Araşdırma

Sabirabad PHŞ-nin direktoru Ənvər Lümənovun xidməti maşınını niyə öz yaxın qohumu Təcili Tibbi Yardım sürücüsü idarə edir? – QANUNSUZLUQ

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, sosial şəbəkələrdə və mətbuat da Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ənvər Lümənovun özbaşınalıqları haqqında tənqidi yazılar dərc olunmaqdadır.

Kifayət qədər faktlara əsasən Sabirabad Səhiyyəsini uçruma aparan Ənvər Lümənov haqqında tənqidi materiallar dərc olunmağına baxmayaraq, necə deyərlər?! hələ də “Köhnə hamam köhnə tas” hökm sürür.

Deyilənə görə, xəstəxanaya işə gələn həkimlər direktor Ənvər Lümənovun qoyduğu aylıqla razılaşmadıqda şərlənərək işdən çıxarılıb.Direktor Ənvər Lümənov xəstəxana daxilində işçilər arasında qarışıqlıq salaraq rayon ərazisində rekertliklə məşğul olan yazarları  vasitəsilə işçilərdən yazdıraraq işçiləri öz qeyri qanuni tələblərinə tabe etdirməyədə nail olmuşdur.
Aldığımız məlumata görə Sabirabad RMX- da əldə etdiyi qeyri qanuni gəlirlə Bursada klinika’da alıb qardaşı oğluna.Cəmiyyətarasında söz,söhbət gəzir ki, guya yuxarıda böyük adamları olduğunu özü istəməyənə qədər heç kim onu işdən çıxarda bilməz deyir. Ənvər Lümənovun xidməti otağının qapısında olan elektron kilid heç nazirlərin qapısında belə yoxdur.İş vaxtı vətəndaşları saatlarla qapı arxasında  gözlətməsinə süründürməçilik adı’da vermək olar.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayır ki,vətəndaşlara yuxarıdan aşağa baxan vəzifəli şəxslər ciddi cəzalandırılacaq.
İddialara görə Ənvər Lümənov qeyd edib ki,”TƏBİB’DƏ”onun ən nüfuzlu adamı var onu heç kim işdən azad edə bilməz.

Xəbəral.az-a verilən məlumatda bildirilir ki, Sabirabad rayon Rayon Mərkəzi Xəstəxanasıdan, daha doğrusu xəstəxananın baş direktorundan şikayətlər bitib tükənmir. Sabirabad səhiyyəsinin göstərdiyi yarıtmaz xidmətdən şikayətçi olan vətəndaşlar qeyd edirlər ki, Ənvər Lumanov və “komandası”nın sayəsində Sabirabad Xəstəxanasında icbari tibb sığortdan əsər əlamət qalmayıb. Sakinləri bildirirdi ki, Sabirabad xəstəxanalarında, tibb məntəqələrində vətəndaşlar üçün hər bir xidmət pulludur və bu zaman sığortası olan xəstələr üçün belə istisnalar tanınmır. Mərkəzi Xəstəxanada və tibb məntəqələrində fəaliyyət göstərən şöbələr, o cümlədən həkimlər isə baş direktora aylıq “hesab” verirlər.
Həmçinin qeyd edilir ki, Ənvər Lumanovun digər qazanc yerlərindən biri də yaşadığı Əhmədabad kənd həkim məntəqəsidir. Adı çəkilən həkim məntəqəsinin müdiri isə baş direktorun qardaşı Əhməd Lumanovdur. Əhmədabad kənd həkim məntəqəsində də vətəndaşlara tibb yardımın göstərilməsi üçün çalışan, adı olub özü olmayan və yüksək əmək haqqı yazılan tibb işçiləri olub.

Sabirabad PHŞ-in direktoru Ənvər Lümənovun özbaşınalığı bununla bitmir!

Əldə etdiyimiz məlumata görə, Ənvər Lümənovun şəxsi iş sürücüsü Allahverdiyev Zabit olmağına baxmayaraq Sabirabad PHŞ- də Təcili Tibbi Yardım maşının sürücüsü direktorun yaxın qohumu Ənvər Güləhmədov qeyri-rəsmi şəxsi sürücü kimi fəaliyyət göstərir.

Ənvər Lümənovun sənədlə sürücüsü Zabit Allahverdiyev hər gün xəstəxanaya gələrək, boş-bekar qalır.

Saytımıza Sabirabad rayonundan bildirdilər ki, Ənvər Lümənov pulları yaxın qohumu Ənvər Güləhmədovun əli ilə əldə edir.

Yani Ənvər Lümənov etibar etdiyi üçün şəxsi sürücüsünü bekar saxlayıb, Təcili Tibbi Yardım sürücüsü öz yaxın qohumu ilə hərəkət edir.

Bu hansı qanunda yazılıb bilinmir?!

Çox güman Ənvər Lümanovun özünə məxsus qanunda.

Mövzuya qayıdacağıq…

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir