Araşdırma

Samir Şərifov yola salınır onun yerinə Sahil Babayev gətirilir?

Sharing is caring!

Xəbəral.az – xəbər verir ki, gəzən söz-söhbətə görə, yaxın günlərdə Maliyyə Naziri Samir Şərifov vəzifəsi ilə vidalaşacaq.

Samir Şərifovun vəzifəsindən uzaqlaşma səbəbi Maliyyə sektorunda heç bir yeniliyin olmamasıdır.

Ümumiyyətlə heç bir vaxtı eşidilməyib ki, Samir Şərifov vətəndaş qəbul etsin. Bir sözlə Samir Şərifov vətəndaşlar üçün əl çatmaz nazirlərdən biri hesab olunur.

Xəbəral.az-ın məlumatına görə, Məsələ burasındadır ki, istənilən şəxs yuxarıdakı xəbərlə tanış olduqdan sonra tərəddüd etmədən İqtisadiyyat Nazirliyinin haqlı olduğunu görür və Maliyyə Nazirliyinin, şəxsən nazir Samir Şərifovun “qırmızı xətt”i keçdiyi qənaətinə gəlir. Əslində burada qeyri-adi heç nə yoxdur və Samir Şərifov illərdi dövlət büdcəsini öz arşını ilə ölçərək öz üsulları ilə bölürdü, bu zaman kimsə ona “gözün üstə qaşın var” da demirdi. Məhz buna görə onda ölkənin baş xəzinədarı kimi elə bir ərköyünlük yaranmışdı ki, hətta baş nazirə belə hesabat verməyi, yaxud nələrisə onunla müzakirə edib razılaşdırmağı artıq hesab edirdi. 

Yeri gəlmişkən, ötən ilin büdcə müzakirələri zamanı Samir Şərifov bir az da qabağa gedərək İlham Əliyevin gənclərdən ibarət deputat korpusunu məsxərəyə qoymuşdu və verilən suallara, qaldırılan problemlərə cavab vermək əvəzinə onları açıq-aşkar ələ salmışdı. Təəssüf ki, o zaman spiker Sahibə Qafaraova da ərköyün nazirin bu davranışlarına haqq edilən cavab verməyi lazım bilməmişdi.

Demək olar ki, Maliyyə Naziri kimi Samir Şərifov Azərbaycan tarixində ölkəyə xeyir verən nazir kimi qalmayacaq.

Keçək əsas mətləbə:

Əldə etdiyimiz məlumata görə, yaxın günlərə Maliyyə Naziri Samir Şərifov vəzifədən azad olunacaq. Onun yerinə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev təyin olunacaq.

Hətta Sahil Babayev Maliyyə Naziri postuna iddialıdır.


XəbərAl.az xəbər verir ki, “Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sırınması (başqa ifadə işlənilməsi mümkün deyil) artıq bir neçə ildir. Bəri başdan deyək ki, bu sırınma özünü doğrultmayıb və bir neçə ildir ölkə əhalisinin sosial müdafiəsi həyata keçirilmir, sadəcə saxta müdafiə, imitasiya, dövlət rəhbərliyinə yalan məlumatlar verməklə korrupsiyanın irimiqyaslı müdafiəsi baş verir”.

Dəhşətlisi odur ki, Ünvanlı sosial yardımların (ÜSY) verilməsində tam özbaşınalıq, əlilliyin müəyyən edilməsində elektron dələduzluq hökm sürür. Sadə misal :adına torpaq sahəsi olan işsiz şəxsə ÜSY verilməsindən imtina edilir ki, torpağı var. Torpağı olmayan işsizə isə olmayan iş gəliri, olmayan torpağının “olması” haqqında sənəd tələb edib, ÜSY ayrılmayacağını öncədən bildirirlər. Bu imtina praktikası daha çox kənd yerlərində geniş yayılıb. Əlilliyin müəyyən edilməsindəki elektron dələduzluq sistemi elə “təkmilləşdirilib” ki, hətta təkrar müayinəyə göndərilən əlillərin də 5-10 il sonra “təkrar müalicəyə ehtiyacı” elektron qaydada üzə çıxır.

Nəzərinizə çatdıraq ki, Sahil Babayev ƏƏSMN-nin məhv edib.

Verilən məlumata görə, yaxın günlərdə Maliyyə Naziri təyin olunacağı xəbərini şayə kimi Sahil Babayev öz adamları vasitəsi ilə yaydırır.

Belə qənaətə gəlinir ki, Sahil Babayevin təqdimatını prezident İlham Əliyevə düzgün vermirlər.

Biz nə deyə bilərik?
Bizim borcumuz baş verəcək prosesləri gözləməkdir…

Xəbəral.az qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir