Araşdırma

Pirallahı icra başçısı Vasif İmanovun və yaxın qohumlarının milyonluq mülkləri

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sosial şəbəkələrdə mülklərinin siyahısı yayılıb.

Sözügedən mülklərin siyahısını sizlərə təqdim edirik:

1.Şabrandakı, daha dəqiq desək  Gilavar kəndindəki  5 milyon dəyəri olan villa

Bu villa icra başçısı  Vasif İmanovun  çoxsaylı villalarından biridir.

2. İcra başçısı  Vasif  adına  uyğun olaraq VAST MMC yaradıb və  milyonlarla dövlət vəsaitini  bu şirkətə köçürərək  mənimsəyir. Deyilənə görə, oğlunun və digər ailə üzvlərinin hesabına köçürülən pulların dəyəri milyonlar təşkil edir.

3. İcra başçısının digər qudası isə  “Azərsüvinir” MMC – nin sədri Tariyeldir.

4. İcra başçısının  ikinci oğlu  Zöhrab isə  rayonda sahibkarlarla məşğul olur. Onun hərəkətləri artıq  rayonda ciddi  narazılıq yaradıb.

Məlumat üçün qeyd edək ki,  Vasif İmanov  Azərsu-nun sabiq  rəhbəri  Qorxmaz Hüseynovla qudadır.
Belə ki, Vasif  İmanovun oğlu  Turan Həsənzadə  Qorxmaz Hüseynovun  qızının həyat yoldaşıdır. 
Yeri gəlmişkən,  Turan Həsənzadə Ədliyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində yüksək vəzifə tutur. 

Maraqlı sual yaranır ki, Pirallahının icra başçısı Vasif İmanov  880 manat maaşla  5 milyonluq villanı necə alıb ?

Xatırladaq ki, yazıda sosial şəbəkələr də yayılan məlumatlardan istifadə olunub.

Nəzərinizə çatdıraq ki, Vasif İmanov uzun illərdir icra başçışı postunda çalışır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Xəbəral.az Qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir