“Türkiyə müxtəlif sahələrdə liderliyini bütün dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət aparan, beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran bir dövlətə çevrilib”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu” agentliyinə müsahibəsində deyib. O, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü münasibətilə səmimi arzularını dilə gətirib və bu yubileyin təkcə Türkiyə üçün deyil, bütün türk dünyası […]
Bakıda intihar hadisəsi olub. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. 69 yaşlı Əbülfəz Hüseyn oğlu Məmmədov yaşadığı evin həyətindəki çardaqdan özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər. İntiharın səbəbləri bilinmir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az
Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyi bəlli olub. Bu barədə o, şəxsi “Facebook” hesabında məlumat yayıb. Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır: “Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma […]