Moskva sakinləri düşmənin Bərdəyə hücumu nəticəsində həlak olan şəxsləri anırlar. Rusiyadakı Azərbaycan səfirliyinin önünə gül və oyuncaqlar düzülür, şamlar yandırılır.
Bakıda 44 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib. Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Agentliyin verdiyi müvafiq sərəncam ilə fevralın 8-dən etibarən Zığ qəsəbəsi – “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC təşkil edəcək. “Bu addımda məqsəd 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində […]
20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxacaq. Oxu.Az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Latviya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda daha əvvəl Ukrayna və Estoniyaya 0:3 hesabı ilə uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq. […]