Tərtərdə vətəndaşa məxsus fərdi evdə yanğın olub. “Report”un verdiyi xəbərə görə, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb. Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şıxarx qəsəbəsində məskunlaşan Yaşar Qoca oğlu Muradova məxsus dörd otaqlı ev yanıb. Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev […]
“AMEA-nın aparatını əvvəlki səviyyədə, Rəyasət Heyətinin strukturunu öncəki qaydada saxlamağa ehtiyac olmayacaq”. Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibəyli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu gün AMEA-nın Rəyasət Heyətində çalışan 400-ə yaxın əməkdaş var. Onların böyük qisminin institutların tabeçiliyi Elm və Təhsil Nazirliyinə verildiyi üçün artıq Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi […]
Məşhur türkiyəli müğənni Gülşen konsertlərdən vaxt tapan kimi məmləkətini ziyarət edib. Ordu şəhərinə səfər edən Gülşen başına yaylıq bağlayaraq fındıq tarlasına girib və fındıq yığıb. Sənətçi bununla bağlı “Instagram” hesabında paylaşım edib. Fındıq tarlasından fotosunu yayımlayan Gülşenin bu paylaşımı izləyiciləri tərəfindən çox bəyənilib və böyük marağa səbəb olub. Mənbə: Haber Global Xeberal.az