Cəmiyyət

İsa Həbibbəyli: “AMEA-da ixtisarlar labüddür” – AÇIQLAMA

Sharing is caring!

“AMEA-nın aparatını əvvəlki səviyyədə, Rəyasət Heyətinin strukturunu öncəki qaydada saxlamağa ehtiyac olmayacaq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İsa Həbibəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün AMEA-nın Rəyasət Heyətində çalışan 400-ə yaxın əməkdaş var. Onların böyük qisminin institutların tabeçiliyi Elm və Təhsil Nazirliyinə verildiyi üçün artıq Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsi mənasızdır. Akademiyanın Rəyasət Heyətinin tərkibində qalan qurumlar və ümumi ölkədə elm sahəsinin idarə olunması istiqamətində olan öhdəlikləri bəlli bir səviyyədə kollektivin qalmasını tələb edir. Lakin hesab edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində bu istiqamətdə ixtisarların olması labüddür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir