Şəkidə seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Rüstəm Rəfizadəyə cinayət işi açılıb. XeberAl.az xəbər verir ki, Rüstəm Rəfizadə həmyerlisi Səidə Babayevaya (ad və soyad şərti verilib – red.) təcavüz edib. İstintaq orqanı tərəfindən Rüstəm Rəfizadənin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) […]
Məşhur türk aktrisası İpek Bilgin İstanbulun Cahangir məhəlləsində paparazzilərlə dava edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, əlində bazar çantaları ilə səki kənarında görüntülənən aktrisa müxbirlərə əsəbləşib və “məni çəkməyin” deyib. Paparazzilərin əl çəkmədiyini görən aktrisa çantalarından birini onların üstünə ataraq, vurmağa çalışıb. Bərk əsəbiləşmiş aktrisanı küçədən keçən insanlar sakitləşdiriblər.
Noyabrın 4-də məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayacaq. Bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib. Ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5 038 nəfər namizəd dəvət edilib. Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaqlar. […]