Üç ildən artıq davam edən əmək müqaviləsi müddətsiz hesab oluna bilər. “Report”un xəbərinə görə, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb. Belə ki, Ombudsman tərəfindən Əmək Məcəlləsinin 45-ci maddəsinin (əmək müqaviləsinin müddəti) 5-ci bəndində “5 ildən” sözlərinin “3 ildən” sözləri ilə əvəz edilməsi təklif olunur. Qeyd edək ki, hazırkı […]
Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1943-cü il təvəllüdlü Gülüstan Əşrəf qızı Şamirovanı vurub. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
“Füzuliyə insanların köçürülməsi ürəyimizdə böyük fərəh hissi oyadır”. Bunu “Trend”ə açıqlamasında Füzuli şəhər sakini Gülgəz Məmmədova deyib. G.Məmmədovanın sözlərinə görə, Füzulinin bütün sakinləri kimi, onun da sevincimin həddi-hüdudu yoxdur: “Allaha min şükürlər olsun ki, bu gün Füzuliyə qayıdırıq. Doğma şəhərimizə qayıdacağımıza ümidimizi heç zaman itirməmişdik. Torpağımıza qayıtmaq mənə yuxu kimi gəlir. Bu anları yaşamaq, hiss […]