Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılan sosial müəssisənin fəaliyyəti ilə tanış olub. Bu barədə nazirlikdən məlumat verilib. Burada nazir yetkinlik yaşına çatmayan uşaqları təkbaşına böyüdən çoxuşaqlı anaların məşğulluğunun təmin edilməsi məqsədilə yaradılmış şəraitə baxıb. Hazırda müəssisədə bu kateqoriyadan olan 16 nəfərin məşğulluğu təmin olunub, […]
Ermənistan parlamentində təmsil olunan müxalif “Ermənistan” fraksiyasının deputatları mandatlarından imtina etmək qərarına gəliblər. Bu iddia ilə “Joqovurd” qəzeti çıxış edib. Qeyd olunub ki, söhbət təkcə hazırkı deputatlardan deyil, həmçinin parlamentdə yer almaq üçün bütün potensial namizədlərdən gedir. Onların sayı 153 nəfərdir. Bütün namizədlərlə bağlı müvafiq qərarın qəbuluna səbəb partiyanın potensial deputatlarının hakim partiya ilə mümkün əməkdaşlığının qarşısını almaq olub. […]
İsrail hökuməti İranın regionun bəzi ölkələrində İsrail vətəndaşlarına qarşı hücum təşkil edə biləcəyini istisna etmir. Mənbə iddia edir ki, gözlənilən təhlükə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Həsən Sayad Xodainin öldürülməsi və İsrailin bu işdə iştirakı ilə bağlı mediaya sızdırılan məlumatla bağlıdır. Qeyd olunur ki, müvafiq məlumatı “The New York Times” ABŞ kəşfiyyatındakı mənbələrə […]