Moskva metrosunda üzərində güllələr olan 20 yaşlı gənc polis tərəfindən saxlanılıb. Bu barədə hüquq mühafizə orqanları xəbər yayıb. Bildirilib ki, “Kiyevskaya” metro stansiyasında hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayarkən onun çantasından 7,62 millimetrlik kalibrli 11 güllə götürüblər. Onlardan biri təlim, digərləri isə atış üçün nəzərdə tutulub. Gənc güllələri Moskvadakı bir hərbi hissənin poliqonunda tapdığını və özündə saxladığını bildirib. Həmin […]
Bakı Media Mərkəzi 44 günlük Vətən müharibəsinə sənədli film həsr edib. Sənədli filmdə Prezident İlham Əliyevin çıxışları, müzəffər Azərbaycan ordusunun II Qarabağ müharibəsi zamanı düşmənə endirdiyi zərbələr və Bakıda keçirilmiş möhtəşəm Zəfər paradından görüntülər yer alıb.
Dubay (Birləşmiş Ərəb Əmirlikləri) 2023-cü ilin birinci yarısında turizm istiqamətləri arasında dünyada birinci yerdədir. Bu barədə bazar günü Vəliəhd, Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum bildirib. “Mən 2023-cü ilin birinci yarısı üçün Dubay iqtisadiyyatının ən mühüm aspektləri haqqında hesabatı oxudum. Dubay 2023-cü ildə ən yaxşı turizm məkanı kimi tanınıb. Biz […]