Ötən aylarda Kür çayında suyun kəskin azalması ciddi problemlərə səbəb olub. Xezerxeber.az xəbər verir ki, hazırda Kür çayında suyun səviyyəsində artım müşahidə edilir. Salyanlı təsərrüfat sahibləri deyirlər ki, artıq əkin sahələrinin suvarılmasında çətinliklə üzləşmirlər. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, mart-aprel aylarında çayın bəzi rayonlardan keçən hissəsində suyun səviyyəsi xeyli düşüb. […]
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Surra kəndi ərazisində yabanı halda bitən və ümumi çəkisi 1 ton […]
Azərbaycan şahmatçısı Günay Məmmədzadənin heyətində yer aldığı Hindistanın “Team MGD1” klubu Almaniyanın Düsseldorf şəhərində keçirilən rapid üzrə komandalararası dünya çempionatında üçüncü yeri tutub. Oxu.Az xəbər verir ki, Hindistan təmsilçisi 36 komandanın iştirak etdiyi yarışda 18 xalla bürünc mükafata sahib çıxıb. Məmmədzadə keçirdiyi dörd oyunda üç xal toplayıb. Qeyd edək ki, dünya çempionatında ilk iki pillədə […]