“Sanki qiyamət idi”. Bunu Oxu.Az-a açıqlamasında Türkiyədən təxliyə olunan soydaşımız Şahidə Çayırqan deyib. Onun sözlərinə görə, hadisənin təsirindən hələ də çıxmayıblar: “Fəlakət idi. Bacımla birlikdə Qaziantepdə idik. Qiyamət idi. Allah qurtardı. Hələ də təsirindəyik. Övladlarım Bakıdadırlar. Hər yer darmadağın idi. Dəhşət saçırdı”. Nəzrin Vahid Xeberal.az
İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, […]
Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun azyaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, ana və övladı qonaq getdikləri evin vanna otağında dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. […]