Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Bəkir Çobanzadə küçəsində baş verib. Belə ki, Asif və Arif İsmayılov qardaşlarını avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb. Qəza nəticəsində qardaşlardan biri ölüb. Digər yaralını hadisə şahidləri xəstəxanaya çatdırıblar. Hazırda hadisəni törədən sürücünün axtarışına başlanılıb. Xeberal.az
Məlum olduğu kimi, son vaxtlar İranla münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz qonşuluğa və müsəlmanlığa yaraşmayan addımlar atmaqla əslində öz iç üzünü ortaya qoyur, simasızlığını göstərir. Dövlət başçısı İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi müsahibəsində rəsmi Tehranı açıq-aşkar ifşa etdi və İran hakimiyyətinə konkret mesajlar verdi. Bunun fonunda yaxın gələcəkdə Tehranda Azərbaycan, Türkiyə və İranın xarici işlər […]
Ağdam rayonunda narkotik vasitənin satıṣında şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Nicat Məmmədov saxlanılıb. Onun yaşadığı ünvanda aparılan axtarış zamanı satıṣ məqsədi ilə sellofan torbalarda və kibrit […]