“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb. Oxu.Az xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib. “Azərsu” ASC-nin sözügedən ərazidə xidmət aparan əməkdaşı Əliəkbər Şıxıyevin quruma məxsus avtomobili geriyə verərkən ehtiyatsızlıqdan 68 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır. Könül Cəfərli Xeberal.az
Metronun Nəriman Nərimanov stansiyasında sərnişinin halı pisləşib. Oxu.Az xəbər verir ki, 1979-cu il təvəllüdü Səranə adlı xanım bir anda özünü pis hiss edib. Metropoliten əməkdaşları və metro polisi tərəfindən xanıma ilkin yardım göstərilib. O, özünü yaxşı hiss etdikdən sonra yoluna davam edib. Xeberal.az
“Füzulinin işğaldan azad olunduğu gün həyatımda, bəlkə də, ən qeyri-adi hisslərdən birini yaşadım”. Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev Peşəkar Futbol Liqasına müsahibəsində deyib. 29 yaşlı yarımmüdafiəçi Füzuli rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı fikirlərini bölüşüb: “Sevinc, qəhər və digər bütün hisslər bir-birinə qarışmışdı. Bilmirdin sevinəsən, üzüləsən, hansı reaksiya ilə […]