Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Daşkəsən rayonunun T.İsmayılov küçəsi, 21 ünvanında fəaliyyət göstərən “Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparılıb. Yoxlama zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların […]
Roma Papası Fransisk Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə müraciət edərək, münaqişəni dayandırmağa çağırıb. Bunu bazar günü pontifik ənənəvi xütbə zamanı deyib. “Mənim çağırışım Rusiya Prezidentinə yönəlib. Mən ondan xahiş edirəm, o cümlədən öz xalqına məhəbbət səbəbindən bu zorakılıq və ölüm burulğanını dayandırsın. Mən Ukrayna Prezidentini açıq olmağa çağırıram. Mən beynəlxalq ictimaiyyətin […]
“Azərsu” ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb. Oxu.Az xəbər verir ki, hadisə ötən gün Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib. “Azərsu” ASC-nin sözügedən ərazidə xidmət aparan əməkdaşı Əliəkbər Şıxıyevin quruma məxsus avtomobili geriyə verərkən ehtiyatsızlıqdan 68 yaşlı qadını vurub. Qadın aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır. Könül Cəfərli Xeberal.az