Bakıda sürücü tıxac zamanı avtomobili yoldakı bordürə çıxardaraq hərəkət edib. Oxu.Az-ın məlumatına görə, hadisə Mehdiabad yolunda baş verib. Belə ki, avqustun 2-si saat 09:57-də 90-ZN-147 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil tıxac zamanı yolun kənarındakı bordürlə hərəkət edərək qəza şəraiti yaradıb. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
İyulun 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın iclasında Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iclas iştirakçılarına ƏAİZ-in strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, habelə ƏAİZ-də investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur, mühəndis-kommunikasiya sistemləri ilə təchiz […]
İranda həbs edilən etirazçılar cinsi istismara məruz qalıb. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Bildirilib ki, CNN telekanalı İran hökumət qüvvələrinin təcridxanalarda saxlanılan etirazçılarla necə davrandıqları və şahidlərin ifadələri əsasında həbsxanalarda etirazçıların cinsi zorakılıq və təcavüzə məruz qalması ilə bağlı geniş reportaj hazırlayıb. Xeberal.az