Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da hər zaman uğurla davam etdirir. Belə ki, İkinci Vətən müharibəsində “Loqos” tərəfindən 125 şəhid və qazi ailəsinə təmənnasız yardım göstərilib. Bu barədə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzindən məlumat verilib. “Özəl sahə üzrə xidmət göstərməyimizə baxmayaraq, hər zaman vacib məqsədlər siyahısının başında xalqımıza, hər bir vətəndaşımıza bacara […]
Dövlət Gömrük Komitəsi növbəti ilin planlarını açıqlayıb. Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinə mediatur zamanı qurumun əməkdaşları jurnalistlərə 2024-cü ilin hədəflərindən bəhs ediblər. Bildirilib ki, gələn il Baş Gömrük İdarəsində elektron sistem yaradılması planlaşdırılıb: “İnteqrə edilmiş zəng, SMS və elektron sistem yaratmağı planlaşdırırıq. Elektron müraciət köşkünün yaradılması da nəzərdə tutulur. Həmçinin elektronlaşdırma nəticəsində fiziki müraciətlərin sayı minimuma […]
“Mərkəzi Seçki Komissiyasının fəaliyyətində hər hansı prosedur pozuntuları olsaydı, beynəlxalq müşahidəçilər bunu dünyaya car çəkmişdi”. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzhir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Pənahov bildirib ki, bizim heç kimdən çəkinəcəyimiz yoxdur: “Bizim fəaliyyətimiz göz qabağındadır. Hər kəsə şərait yaradırıq ki, gəlib fikrini desin”.