Ötən gün şimal bölgəsində hava şəraiti kəskin pisləşib. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında yağış və dağlıq ərazilərdə qarla əvəzlənib. Quba, Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb, temperatur aşağı düşüb. Müşahidə məntəqəsinin olduğu Qubanın Qrız kəndində 2 sm hündürlüyündə qar qeydə alınıb. Xeberal.az
2019-cu ilin dekabr ayında ABŞ sakinlərindən toplanan qan nümunələrinin retrospektiv araşdırması zamanı məlum olub ki, Çində yeni virusun elan edilməsindən əvvəl də onların bəziləri COVID-19-a yoluxublar. Məqalə “Clinical Infectious Diseases” jurnalında dərc edilib. Çin rəsmiləri ilk dəfə 31 dekabr 2019-cu ildə Uhanda yeni koronavirusun səbəbi ilə ortaya çıxan sirli pnevmoniya barədə xəbər veriblər. ABŞ-da təsdiqlənmiş […]
“Çelsi”ni tərk etməyə hazırlaşan Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını “Qalatasaray” klubunda davam etdirəcək. Bu barədə Türkiyənin aparıcı KİV-ləri məlumat yayıb. Məlumatda qeyd olunur ki, 30 yaşlı futbolçu “Qalatasaray” rəhbərliyi ilə razılıq əldə edib, hətta İngiltərədə tibbi yoxlanışdan da keçib. İddia olunur ki, H.Ziyeşlə üç illik müqavilə imzalanacaq və futbolçu hər mövsümə görə 4,5 milyon avro […]