Təbrizli azərbaycanlı musiqiçi və bəstəkar Əbülfəz Əbulməali noyabrın 21-də iş yerində həbs olunub. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Onun həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur. Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə molla respublikası rejiminin qüvvələri Güney azərbaycanlılara qarşı həbslərə start veriblər. Xatırladaq ki, bir […]
Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisindən müsadirə edilən silah və sursatın videogörüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəbərinə görə, hazırda “Astara” gömrük postunda heç bir yük maşını yoxdur. Bildirilib ki, “Biləsuvar” gömrük postunda 55, “Qırmızı Körpü” gömrük postunda 600, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 16 və “Xanoba” gömrük postunda 10 yük maşını var. Xeberal.az