“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda bu gün “Ferentsvaroş”la qarşılaşacaq. Son olaraq “Səbail”də baş məşqçilik edən Aftandil Hacıyev Futbolpress.az saytına Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunla bağlı fikirlərini bildirib: “Qarabağ” üçün çətin olacaq. Ciddi itkilər var. Müdafiədə Kevin Medina, yarımmüdafiədə isə Kadi Borges və Riçard Almeyda matçı buraxacaqlar. Onların olmaması ciddi əskiklikdir. […]
Maldiv adalarında əcnəbi işçilərin yaşadıqları binada baş verən yanğında azı on nəfər həlak olub. Maledə yerləşən binanın üst mərtəbəsindən 10 meyit çıxarılıb. Yanğın binanın 1-ci mərtəbəsində yerləşən avtomobil təmiri qarajında başlayıb. İlkin məlumata görə, ölənlər arasında bir Banqladeş vətəndaşı və doqquz hindistanlı var. Yanğın dörd saat ərzində söndürülüb. Onun başvermə səbəbi dəqiqləşdirilməyib. Mənbə: France Presse Xeberal.az
Türkiyədə baş verən zəlzələ “Əsrin fəlakəti” oldu. Bu hadisə insanlarda müxtəlif suallar yaratdı. Bizdə də insanlar təbii olaraq narahat olmağa başladılar. Ən çox narahat olanlar isə seysmoaktiv bölgələrdə yaşayanlardır. Yaşadığımız binanın tikintisinin keyfiyyətindən tutmuş ərazinin seysmik xəritəsinə qədər müxtəlif mövzuda suallar yaranır. Bu sualların bir qismi ilə bağlı “Kaspi” qəzeti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika […]