Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. “Sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlayıb”. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında sülh prosesindən danışdı. Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı. “Çox əziyyət çəkirik. Yeddi ildir kirayədə qalırıq. Gül kimi evimiz var idi”. Sakinlərlə MTK üz-üzə. Şikayətçilər evlərinə nə vaxt köçə biləcəklər? “Həm qırığa oxşayır, həm düz xəttə […]
“Müharibədə çox çətin vəziyyətlər görmüşəm. Susuz qaldığımız, qarın üstündə yatdığımız anlar olub. Ayaqlarımı don vurmuşdu”. Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan MMA döyüşçüsü, Vətən müharibəsi iştirakçısı Tofiq Musayev deyib. Müsahibəni təqdim edirik. – Vətən müharibəsindən üç il keçir. Öncə özünüzün də pay sahibi olduğunuz bu qələbə barədə fikirlərinizi bildirərdiniz. – Baxmayaraq ki, şəhidlərimizin qanı, qazilərimizin canı […]
“Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir”. “Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumda çıxışı zamanı bildirib. O […]