Bakıda havanın qarlı və şaxtalı olmasına baxmayaraq, bir çox ərazilərdə istilik sistemi ilə bağlı problem yaşanır. Bu barədə Oxu.Az-a həmin ərazilərdə yaşayan sakinlər məlumat veriblər. Qeyd edək ki, Altıncı mikrorayon Ə.Ağayev və Svetlana Məmmədova küçələri, Q.Qarayev pr-ti, Babək pr-ti 76, “Xalqlar Dostluğu” metrostansiyasının ətrafı, Yasamalda A.M.Şərifzadə 56, doqquzuncu mikrorayon Adil Məmmədov küçəsi, Zərdabi 70, Gəncə prospekti 61 ünvanlarında istilik problemi […]
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yoxlamalar aparılır. APA xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilir. 2023-cü ildə nazirliyin və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır. Xeberal.az
Britaniya Lordlar Palatasının Avropa İşləri Komitəsi rusiyalı milyarder Roman Abramoviçin dondurulmuş gəlirləri ilə bağlı hökumətə çağırış edib. Komitə “Çelsi” futbol klubunun satışından əldə edilən və ukraynalılara yardıma xərclənməsi nəzərdə tutulan 2,5 milyard funt sterlinq vəsaiti təcili olaraq blokdan çıxarılmasına çağırıb. Lordlar Palatasının Avropa İşləri Komitəsi vurğulayıb ki, “Çelsi”nin satışından əldə edilən və dondurulmuş vəsaitin […]