“OpenAI” şirkəti video yaratmaq üçün “Sora” adlı yeni neyron şəbəkəsi təqdim edib. Bildirilir ki, “Sora” mətn təlimatlarından istifadə edərək real və fantastik səhnələr yarada bilər. Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətdən xəbər verilib. Məlumata görə, neyron şəbəkə istifadəçilərə mətn təsvirlərinə əsaslanaraq “Full HD” təsvir ölçüsündə (1920×1080 piksel) bir dəqiqəyə qədər real videolar yaratmağa imkan verir. Şirkət […]
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi […]
Ucarda iribuynuzlu heyvanlar müəmmalı şəkildə tələf olub. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Yuxarı Şilyan kəndində qeydə alınıb. Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında örüşdən qayıdan 50 başdan yuxarı heyvan tələf olub. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Xeberal.az