Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. APA-nın məlumatına görə, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov həyətyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Xeberal.az
Ötən gün Rusiyanın Bryansk şəhərindəki məktəblərdən birində məktəblilərə odlu silahdan atəş açan 14 yaşlı Alinanın atası həbs edilib. Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. “Qızın atası Rusiya Federasiyası Cinayət Məcəlləsinin 224-cü (silahın saxlanılması qaydalarının pozulması) maddəsi ilə açılan cinayət işi çərçivəsində saxlanılıb. Həmçinin atışma ilə bağlı özəl mühafizə şirkətinin baş direktoru və məktəbin mühafizəçisi də […]
Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü ilə bağlı 28 May tarixini Respublika Günü elan edib və bununla bağlı bəyannamə imzalayıb. XəbərAl.az xəbər verir ki, bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk dəfə olaraq parlamentli demokratik respublikanın yaradılması qeyd olunub. Bildirilib ki, dünyada 50 milyon azərbaycanlı yaşayır, 10 milyon azərbaycanlı diasporu təşkil edir […]