“Bakı Metropoliteni”nin “Elmlər Akademiyası” stansiyasında sıxlıq yaşanıb. Oxu.Az xəbər verir ki, nəticədə sərnişinlərin stansiyaya daxil olmasında çətinlik yaranıb. Məlumata görə, sıxlığın yaranma səbəbi stansiya qapılarında dayanan metropoliten əməkdaşlarının üzərində çanta olan şəxsləri sadəcə bir qapıdan daxil olmasına imkan yaratması olub. Digər qapı çantasız şəxslər üçün nəzərdə tutulsa da, demək olar ki, əksəriyyətin işdən çıxma saatı […]
Gürcüstan və Azərbaycan yaxın qonşu olaraq əsrlərdən bəri dostluq şəraitində yaşamışlar. Gürcüstan eyni zamanda regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, itərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə […]
İran Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinə sərt reaksiya verib. Bu barədə o, “Twitter” hesabında yazıb. “ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa qarşı hörmətsizliyi yenə özünü büruzə verir. ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları şiddətlə qınayırıq. Türkiyə xalqının və hökumətinin yanındayıq. İlk növbədə qonşuluq gəlir”, – deyə iranlı nazir bildirib.