Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədli saxlanılıblar. Onların üzərinə keçirilən […]
Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını beş medalla başa vurublar. Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, mundialda üç idmançı ilə təmsil olunan milli iki qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 metr məsafəyə sərbəst və 100 metr məsafəyə butterflyay üsulla üzməkdə bürünc […]
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib. Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir. Belə ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb. 110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib. […]