Sharing is caring!
Oxşar Xəbərlər
Tovuzda minik maşını işıq dirəyinə çırpıldı: Xəsarət alan var – FOTO
Posted on Author Xeberal.az
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı minik maşını yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Bakıda yaşayan Naxçıvan sakinlərinə şəxsiyyət vəsiqəsinin verilməsi vaxtı uzadılıb
Posted on Author Xeberal.az
Bu il yanvarın 8-dən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərin istifadə müddəti bitən, itirilən, istifadəyə yararsız hala düşən şəxsiyyət vəsiqələrinin yenisi ilə əvəzlənməsi prosesinin vaxtı uzadılıb. XəbərAl.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar […]
Suriyada hərbi helikopter qəzaya uğrayıb: Bütün heyət ölüb
Posted on Author Xeberal.az
Suriya Silahlı Qüvvələrinə məxsus helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Bu barədə bazar günü ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində üç nəfərdən ibarət ekipaj həlak olub. Qəzaya səbəb kimi texniki nasazlığı göstərib. İnsidentin ölkənin mərkəzi hissəsində, Həmanın şimal-şərqində baş verdiyi dəqiqləşdirilib. Mənbə: lenta.ru Xeberal.az