Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında kiber üsullarla talayan dəstə üzvləri saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qurumdan bildirilib ki, aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas neqativ hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır. Bunu […]
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə cəhd edilməsi haqqında məlumat yayılıb. Bu haqda məlumatı sosial media fəalı Anna Baqdasarıyan yazıb. O, səhər saatlarında N.Paşinyanın kortejinə silahlı hücum olduğunu bildirib. Hücum zamanı baş nazirin xəsarət aldığı bildirilir. Ətraflı süjeti təqdim edirik:
Şəmkirdə 13 yaşlı oğlanı elektrik cərəyanı vurub. APA-nın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. 2009-cü il təvəllüdlü Sərxan Allahverdiyev müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Xeberal.az