“Azərsu” ASC Su komitəsinin tapşırığına uyğun olaraq fevral ayının son dekadasından başlayaraq Abşeron yarımadasında qənaət rejiminə keçilib”. Oxu.Az verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib. A.Cəbrayıllı bildirib ki, bu qənaət rejimi mənbələrdən götürülən suyun azaldılması ilə bağlı əhalinin dayanıqlı su təchizatının təmini məqsədilə tətbiq edilir: “Xəzər, Pirallahı, Xətai, Suraxanı, Sabunçu, […]
Kanadada qədim yelkənli gəminin bir hissəsi sahilə çıxıb. Onu yerli sakinlər aşkar ediblər. Bu barədə Nyufaundlend və Labrador Gəmi Qəzalarını Mühafizə Cəmiyyətinin prezidenti Nil Bercess xəbər verib. Onun sözlərinə görə, tapıntı Nyufaundlend adasının cənub-qərbində, Keyp-Rey burnunda aşkar edilib. Gəminin 19-cu əsrdə inşa edildiyi qeyd olunub. Həmçinin vurğulanıb ki, gəminin adaya çıxan hissəsinin ölçüsü 24 metrdir. […]
Dövlət İmtahan Mərkəzi avqustun 6-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi“ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. […]