Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan istiqamətindən “Xanoba” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan, xarici ölkə vətəndaşının idarə etdiyi “Iveco” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. […]
Türkiyə ordusunun Suriya ilə həmsərhəd bölgələrdə yerləşən bölmələri bitişik ərazidə quru əməliyyatı üçün hazırlıqları başa çatdırıb və onun başlaması üçün əmr gözləyir. Bazar ertəsi axşam Türkiyə Nazirlər Kabinetinin iclasında Suriyanın şimalında Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qolu olan Xalq Özünümüdafiə Qüvvələrinin (YPG) yaraqlılarına qarşı əməliyyatın keçirilməsi məsələsinin müzakirəsi planlaşdırılır. Mənbələr […]
Bakının mərkəzində piyadanı maşın vurub. APA xəbər verir ki, qəza Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Avtomobillərin parklanmasına nəzarət edən şəxs dayanacaqda saxlanılan KIA markalı avtomobili idarə edib və bu zaman yolu keçən qadını vurub. Ağır xəsarət alan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır. Xeberal.az