Xəzər dənizinin sahilində plastik hissəciklər qeydə alınıb. Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Belə ki, dənizin Abşeron rayonu Fatmayi kəndi ərazisi hissəsində sahilboyu plastik qranullar var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, məsələdən xəbərdardırlar: “Hazırda əməkdaşlarımız sözügedən ərazidədirlər. Araşdırma aparılır”. İlhamə Əbülfət Xeberal.az
“Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-24-cü illərdə ölkədə ümumi daxili məhsulun (ÜDM) 4-5% artacağını, qeyri-neft sektorunda artımın 5-6% olacağını proqnozlaşdırır”. “Report” xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. “Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, eləcə də daim artan digər makroiqtisadi göstəricilər bizə belə proqnozlar verməyə imkan verir”, – deyə o qeyd edib. Xatırladaq […]
Qarışıq döyüş sənətləri (MMA) üzrə azərbaycanlı döyüşçü Rafael Fiziyevə UFC (Ultimate Fighting Championship beynəlxalq idman təşkilatı) ulduzu Dastin Porye ilə döyüş təklif olunub. Bu barədə 30 yaşlı idmançı “The AllStar”a müsahibəsində bildirib. Fiziyevin sözlərinə görə, zədə səbəbindən döyüşə çıxa bilməyib: “Menecerim zəng edib dedi ki, UFC Porye ilə döyüşməyimi istəyir. Təəssüfləndim, çünki hazır deyildim. Bundan […]